20:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 786 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə üzrə:
1.1. 1.1-ci bənd üzrə:
1.1.1. birinci abzasa “(bundan sonra – qeyri-yaşayış binası)” sözlərindən sonra “və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti)” sözləri əlavə edilsin;
1.1.2. 1.1.1-ci yarımbəndə hər dörd halda “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə olunsun və həmin yarımbənddə “2025-ci il” sözləri “2026-cı il” sözləri ilə əvəz edilsin;
1.1.3. 1.1.2-ci yarımbəndə birinci, üçüncü və dördüncü hallarda “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə olunsun və həmin yarımbənddə “onun” sözü “onların” sözü ilə əvəz edilsin;
1.1.4. 1.1.3-cü yarımbənd üzrə:
1.1.4.1. 1-ci abzasda “15 (on beş)” sözləri “30 (otuz)” sözləri ilə, “isə,” sözü “, habelə infrastruktur obyektinə münasibətdə” sözləri ilə əvəz olunsun və həmin abzasa hər iki halda “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə edilsin;
1.1.4.2. 2-ci abzasa “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə edilsin;
1.1.5. 1.1.4-cü yarımbəndə “binası” sözündən sonra “(infrastruktur obyekti)” sözləri əlavə edilsin;
1.1.6. 1.1.5-ci yarımbəndin 1-ci abzasına “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə edilsin;
1.1.7. 1.2-ci (hər iki halda) bəndə, 1.4-cü bəndin birinci abzasına, 1.4.1-ci, 1.4.2-ci yarımbəndlərə, 1.5-ci və 1.6-cı (hər iki halda) bəndlərə ismin müvafiq hallarında “binası” sözündən sonra ismin müvafiq hallarında “(infrastruktur obyekti)” sözləri əlavə edilsin;
1.2. 1.9-cu bəndə “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə edilsin.
2. 3.1-ci və 3.4-cü bəndlərə “binalarının” sözündən sonra “(infrastruktur obyektlərinin)” sözləri əlavə edilsin.
3. 4-cü hissə üzrə:
3.1. 4.1-ci bəndə “binasının” sözündən sonra “(infrastruktur obyektinin)” sözləri əlavə edilsin;
3.2. 4.2-ci və 4.3-cü bəndlərə “binalarının” sözündən sonra “(infrastruktur obyektlərinin)” sözləri əlavə edilsin.
4. 5-ci hissə üzrə:
4.1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.1. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının və infrastruktur obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin;”;
4.2. 5.2-ci bəndə ismin müvafiq hallarında “binaları” sözündən sonra ismin müvafiq hallarında “(infrastruktur obyektləri)” sözləri əlavə edilsin.
5. 6-cı hissənin birinci abzasında “Agentliyinin tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Agentliyi” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
7. Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər dövlət vəsaitləri hesabına inşa edilmiş və 2023-cü il iyunun 1-dək tikintisi başa çatmış infrastruktur obyektləri ilə bağlı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsini təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2024-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq...
21 aprel 2025, 14:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...
19 aprel 2025, 11:34PDF yükləyin
19 aprel 2025, 11:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
19 aprel 2025, 11:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...
19 aprel 2025, 11:26Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
19 aprel 2025, 11:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası...
19 aprel 2025, 11:20