08 yanvar 2025, 16:15

Mehman Rzayev və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhəri yerləşdiyi strateji mövqeyinə, iqtisadi potensialına, eyni zamanda gəncəlilərin Azərbaycan tarixində yadelli işğalçılara qarşı yer aldığı mübariz mövqe ilə Azərbaycan tarixində öz layiqli yerini tutub. Ulu Nizaminin yurdu olan Gəncə həmişə qonaqların diqqət mərkəzində olub.

Cənab Prezident,

Məhz Sizin diqqət və qayğınızla Gəncənin adı bu gün də dillərdən düşmür. Çünki şəhərdə aparılan abadlıq, quruculuq, yaşıllaşdırma işləri göz oxşayır. Şəhərdə qeyri-adi memarlıq üslubunda abidələr, muzeylər, parklar, göydələnlər, iaşə obyektləri tikilib, sakinlərin istifadəsinə verilib. Nizami yurduna gələn yerli və xarici qonaqlar bu möhtəşəmliyə heyran qaldıqlarını gizlətmir, az vaxt ərzində Gəncənin füsunkar görkəm aldığını bildirirlər.

Bütün gəncəlilər adından Sizə təşəkkür edir, cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Rzayev Mehman,

Kazımov Arzu,

Qasımov Rəşad,

Salamov Elnur,

Quliyev Vidadi,

Nik-Nəcat Şahin.

Azərbaycan Respublikası, Gəncə şəhəri.