09 yanvar 2025, 12:10

Məhəmməd Nəbiyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin müdrik, uzaqgörən siyasətiniz sayəsində artıq uzun illərdir ki, ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın şahidiyik. Əminliklə deyə bilərik ki, qazanılan bütün uğurların kökündə dayanan fundamental dəyərlərdən biri də, ictimai-siyasi sabitlikdir. Bu da dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artmasına, bütün sahələrin tərəqqisinə müsbət təsirini göstərib. Ölkəmiz regionda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Mən bir Azərbaycan gənci olaraq, bütün bu inkişafı görüb böyük fəxr və qürur hissi keçirirəm.

Möhtərəm cənab Prezident, Sizin gördüyünüz işlər misilsizdir, əvəzsizdir, uğurla həyata keçirdiyiniz güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi. Bu gün xalqımız müzəffər xalq kimi yaşayır. Əminliklə deyə bilərik ki, məhz 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında imzaladığınız Sərəncam xalqımızın birliyinin, gücünün, həmrəyliyinin ifadəsidir. Bu il də Sizin rəhbərliyinizlə xalqımıza uğur, dövlətimizə tərəqqi arzulayırıq.

Hörmətlə,

Nəbiyev Məhəmməd Əfqan oğlu.

Azərbaycan Respublikası, Naftalan şəhəri.