Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Biz-Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati-alilərinizə səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına həssas münasibətinizə və özəl qayğınıza görə dərin minnətdarlığımızı bildiririk. Ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurmaq və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətimizi gücləndirmək məqsədi ilə dini qurumlara maliyyə yardımı göstərilməsi barədə verdiyiniz ali Sərəncama görə bütün dindarlarımız admdan təşəkkürlərimizi çatdırmaqdan şərəf duyuruq.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, suverenliyinin və ərazi bütövlüyünün tam bərpası, iqtisadi qüdrətinin artması Sizin misilsiz xidmətləriniz sayəsindədir. Siz, bir dövlət başçısı kimi milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunmasına böyük töhfələr verməklə Uca Yaradanımızın nəzərində və xalqın qəlbində hər zaman ucalmaqdasınız. Biz din xadimləri şəxsən Sizinlə görüşlərin dərin təəssüratını və səmimi ünsiyyəti heç vaxt unutmuruq. Sizin qeyd etdiyiniz kimi: "Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir". Biz tam əminliklə deyə bilərik ki. Sizin fövqəladə səylərinizlə mövcud olan ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, din-dövlət münasibətləri və etnik-dini tolerantlıq Zati-aliləıinizin uğurlu siyasətinin məntiqi nəticəsidir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən mövcud dini konfessiyaların nümayəndələri vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərinin demokratik-hüquqi əsaslarından, ənənəvi milli-mənəvi dəyərlərdən sərbəst istifadə edir, ölkədə gedən böyük quruculuq işlərində yaxından iştirak edirlər. Biz dindarlar fəxr edirik ki, Zati-alilərinizin qətiyyətli siyasi iradəsi ilə hazırda qalib Azərbaycan dövləti Qarabağda tarixi abidələrimizi bərpa edir, bütün dinlərə məxsus məbədlər təmir edilir, genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycanın əzəmət və qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir.
Hazırda dünya birliyində layiqli yerini tutan müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmiz əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur, eyni zamanda, Sizin bilavasitə himayədarlığınız və dəstəyinizlə nüfuzlu dini təşkilatların - MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini liderlərinin beynəlxalq Sammitləri Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin. sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Biz bu müstəvidə qarşılıqlı münasibətlərin, dinlərarası dialoqun davamlı inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edir və gələcəkdə davam etdirməyi düşünürük. Özəlliklə Sizin xüsusi diqqətiniz sayəsində hər il dini konfessiyalara ayrılan maddi yardım və mənəvi dəstəyiniz bir daha sübut edir ki, Azərbaycanda din-dövlət münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və biz - din xadimləri gələcəkdə daha məsuliyyətlə dövlətçiliyimizin inkişafı naminə xidmətlərimizi davam etdirmək əzmindəyik. Əminik ki, Zati-alilərinizin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın maddi və mənəvi dəstəyi ilə bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim etdiyimiz Azərbaycan modeli gələcəkdə ölkə daxilində və beynəlxalq miqyaslı tədbirlərimizdə daha geniş şəkildə təbliğ ediləcək, sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcəkdir, inşallah.
Möhtərəm cənab Prezident! İmkandan istifadə edərək, böyük ehtiram hissi ilə Zati- alilərinizə və dəyərli ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizə uğurlar arzulayırıq. Biz - din xadimləri, Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Ümid edirik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti daima Zati-alilərinizlə olacaqdır. Bu bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır!
Bir daha təşəkkürlərimizi və ehtiramımızı qəbul edin. Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür PAŞAZADƏ, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının sədri,
Aleksiy, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yepiskopu,
Vladimir FEKETE, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi.
Milix YEVDAYEV, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri.
Aleksandr ŞAROVSKI, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri.
Robert MOBİLİ,
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri.
Zamir İsaYEV, Sefarad yəhudilərinin Bakı Dini icmasının rəhbəri