Avropa yəhudilərinin Bakı dini icmasından, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident,
Azərbaycan Avropa Yəhudiləri İcmasına göstərdiyiniz hərtərəfli dəstəyə və maddi yardıma görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən multikulturalizm siyasəti, millətlərarası və dinlərarası tolerantlıq bütün Azərbaycan xalqının tolerantlığı ilə birləşərək bütün dünyaya müsbət nümunədir.
Hərtərəfli fəaliyyətiniz, ölkədə bütün dini icmalara ədalətli münasibət və dini etiqad azadlığının qorunmasına göstərilən diqqət sayəsində uzun illərdir respublikada məskunlaşan Azərbaycan yəhudiləri özlərini nəinki təhlükəsiz hiss edir, hətta ölkənin tamhüquqlu vətəndaşlarıdırlar.
Məhz Sizin şəxsi səyləriniz sayəsində ölkəmizdə əlverişli, tolerant mühit yaradılmışdır.
Möhtərəm Prezidentimiz, Azərbaycan xalqının rifahı naminə planlarınızı həyata keçirmək üçün Sizə səmimi qəlbdən davamlı uğurlar, möhkəm cansağlığı, əsl xoşbəxtlik və tükənməz güc, qüvvət arzulayırıq.
Hörmətlə,
Aleksandr Şarovski, Avropa yəhudilərinin Bakı dini icmasının sədri
Yevgeni Brenneysen, Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini
Şneor Seqal, Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini
Azərbaycan Respublikası, Bakı şəhəri.