17 yanvar 2025, 19:38

Oleq Dolivetsdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Möhtərəm İlham Heydər oğlu Əliyev!

Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin inkişafı və rifahı naminə göstərdiyiniz yorulmaz fəaliyyətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dini İcmalara ayrılmış maddi dəstək üçün xüsusilə təşəkkür edirik. Bu yardım icmamızın sosial, mədəni və mənəvi inkişafına böyük töhfə verir. Sizin uzaqgörən siyasətiniz və xalqa olan diqqətiniz sayəsində bu cür təşəbbüslər daha da genişlənir və cəmiyyətimizdə həmrəylik və firavanlıq mühitini gücləndirir.

Sizin rəhbərliyinizlə ölkəmizin hər bir vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi və icmaların davamlı inkişafı üçün atılan addımları yüksək qiymətləndiririk.

Uca Tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür və dövlətimizin davamlı inkişafı yolunda uğurlar arzu edirik!

Dərin hörmətlə,

Oleq Dolivets, “Şərqdə Ulduz” Xristian Dini İcmasının sədri

Azərbaycan Respublikası,Bakı şəhəri