Rasim Xəlilovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini tolerantlıq mühiti hər keçən il daha da təkmilləşib dünyada örnək simvoluna çevrilib.
“Azərbaycan Bibliya Cəmiyyəti” Xristian Dini İcması olaraq ölkədəki protestant xristianları adından söz və etiqad azadlığının yüksək səviyyədə təmin olunduğuna, yaradılan bu mühitə görə təşəkkürümüzü bildiririk.
Dini icmalara göstərdiyiniz qayğı ölkədəki dini dəyərlərə göstərdiyiniz hörmətin göstəricisidir. Biz dua edirik ki, Rəbbimiz və Xilaskarımız İsa Məsihin sülhü, lütfü və əmin-amanlığı Sizin və ailənizin üzərində olsun.
Yaradanın xeyir-duası Azərbaycan üzərinə yağış kimi yağsın və ölkəmizi dirçəldərək həm dövlətlərarası, həmdə millətlərarası yüksək zirvələrdə saxlasın.
Tanrı Azərbaycanı sevir! Biz də dua edirik ki, Azərbaycanın üzərində Rəbbin sülhü olsun!
Amin!
Hörmətlə,
Xəlilov Rasim Xanlar oğlu, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian Dini İcmasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.