16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.
Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.
ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirirəm, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyi xüsusi vurğulamaq istərdim.
Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.
İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.
Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2025-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...
06 mart 2025, 16:30Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı...
05 mart 2025, 18:05Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”...
04 mart 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin...
04 mart 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət...
04 mart 2025, 15:54