22 yanvar 2025, 13:00

Murad İslamovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycanda fəaliyyət göstərən dini qurumlara ayırdığınız maliyyə yardımı ilə bağlı Sərəncamınız dövlətimizin dini müxtəlifliyi qoruyub, daha da inkişaf etdirmək və dövlət-din münasibətlərini gücləndirmək istiqamətindəki növbəti müsbət siyasətinin təzahürüdür.

Cənab Prezident, Siz Azərbaycanda fəaliyyət göstərən dini qurumların qarantısınız. Ayrılan maddi yardım dini icmaların sosial və mədəni fəaliyyətlərini daha da genişləndirməsi, birgəyaşayış və multikultural dəyərlərin inkişafı üçün böyük imkanlar yaradır.

Bizim icmamız da Azərbaycan dövlətinin, xüsusilə sizin diqqət və qayğınızı daima hiss etməkdədir. Daimi diqqət və dəstəyinizə görə Sizə təşəkkür edirik.

Yaradan Sizə möhkəm cansağlığı, uzun ömür və firavanlıq bəxş etsin.

Hörmət və ən xoş arzularla,

İslamov Murad Xudaverdi oğlu,

Sumqayıt şəhəri Alov-Xristian dini icmasının sədri,

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.