13 mart 2025, 15:30

Mirvari Hüseynovadan, Naftalan, Azərbaycan

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı!

Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığınız mühüm addımlar bizə böyük mənəvi dəstək verir. Şəhidlərimizin qanının yerdə qalmaması üçün gördüyünüz işlər bizə qürur hissi yaşadır. Sizin rəhbərliyiniz altında Vətənimizin daha da inkişaf etməsi, torpaqlarımızın işğaldan azad olunması və milli birliyimizin möhkəmlənməsi hər birimiz üçün böyük iftixar mənbəyidir. Şəhid ailələrinə verilən dəstək, bəslənən ehtiram, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz sosial proqramlar bizə Azərbaycanın güclü və ədalətli bir dövlət olduğunu bir daha sübut edir.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hüseynova Mirvari Fərman qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.