12 mart 2025, 14:29

Emin Əlixanovdan, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bu məktubu Sizə Qusar şəhərindən göndərirəm. Bunun səbəbi Sizə öz təşəkkürümü bildirməkdir. Ölkə vətəndaşı olaraq bu məktubu Sizə ürəyimin səsi ilə yazıram.

Sizin Azərbaycan Respublikasına rəhbərliyiniz dövründə dövlətimizin əldə etdiyi nailiyyətlər – 30 illik erməni işğalına son qoyularaq ərazi bütövlüyümüzün bərpası, xalqın maddi rifah halının yüksəldilməsi, dövlətimizin dünya birliyində artan nüfuzu Sizə təşəkkür bildirməyə məni sövq etdi.

Möhtərəm Prezident!

Ölkəmizin hər bir guşəsində olduğu kimi, bizim rayonumuzda da müsbət mənada böyük dəyişikliklər hiss olunur. Bütün sahələrə diqqət və qayğı artırılıb, insan amilinə böyük önəm verilir. Məhz bütün bunlar Sizin müdrik siyasətinizin nəticəsidir. Belə bir mühit biz gənclərə doğma rayonumuzda yaşamaq və yaratmaq üçün böyük stimul verir.

Bir gənc olaraq Sizi əmin edirəm ki, ölkəmizdə Sizin ideyalarınızın həyata keçirilməsində daim Sizi dəstəkləyəcəyəm.

Hörmətlə,

Əlixanov Emin Cavid oğlu

Azərbaycan Respublikası, Qusar şəhəri.