Faiq Ağayevdən, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin uzaqgörən rəhbərliyiniz, yorulmaz fəaliyyətiniz və humanist yanaşmanız sayəsində ölkəmiz dayanıqlı inkişaf yolunda inamla irəliləyir, vətəndaşlarımızın sosial rifahı yüksəlir. Siz həmişə vətəndaşların problemlərinə həssas yanaşır, onların ehtiyaclarını və istəklərini nəzərə alaraq mühüm qərarlar qəbul edirsiniz. Xalqımızın rifahını daim prioritet kimi görməyiniz və ölkəmizin hər bir guşəsində yaşayan insanlara qayğı göstərməyiniz bizi çox sevindirir. Bu yolda göstərdiyiniz əzmkar fəaliyyətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Suveren və gündən-günə çiçəklənən ölkənin vətəndaşı olmaq bu günün sevinci, sabahın böyük ümididir. İnanırıq ki, hər günü dünənindən daha uğurlu olan doğma yurdumuz hələ çox zirvələr fəth edəcək, neçə-neçə böyük hədəflərə çatacaqdır.
Allah Sizi və xalqımızı qorusun, cənab Prezident!
Hörmətlə,
Ağayev Faiq Namazalı oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.