Aris Əhmədov, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında Azərbaycan günbəgün çiçəklənir, regionlarımız abadlaşır, xalqımız daha firavan yaşayır. Sabirabad rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri biz sakinlərin sevincinə səbəb olmuşdur. Gecələr artıq Sabirabadın küçələri işıqlarla bəzənir, yollarımız abadlaşır, küçələrimiz asfalt örtüklə hamarlaşır. Sizin qayğınız sayəsində 200 kilometrlik kənd yollarında da işıqlandırma sistemi qurulur. Bu, sadəcə bir abadlıq deyil, bu, xalqımıza olan sevginizin, diqqətinizin təcəssümüdür.
Respublikamızda görülən işlər ümumi simanı tamamilə dəyişir. Hər kənddə, hər məhəllədə abadlıq işlərinin aparılması sakinlərə böyük sevinc bəxş edir. Gözlərimiz önündə Azərbaycan tarixində görünməmiş bir inkişaf dövrü yaşayır.
Cənab Prezident, biz Sabirabad camaatı olaraq Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən siyasətiniz, xalqımıza göstərdiyiniz qayğı bizi daha xoşbəxt, daha güvənli edir. Sizin sayənizdə Azərbaycanın hər guşəsi işıqlanır, ölkəmiz dünya miqyasında inkişaf nümunəsinə çevrilir.
Allah Sizi qorusun, daim uca eləsin. Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq!
Hörmətlə,
Aris Əhmədov
Azərbaycan Respublikası, Sabirabad rayonu, Əlicanlı kəndi.