Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident.
Avropa Azərbaycan Mərkəzi olaraq Sizi salamlayır və XII Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə səmimi təbriklərimizi bildiririk. Sizin çıxışınızı böyük diqqətlə izlədik və fəxrlə qeyd edirik ki, bu Forum çərçivəsində Bakıdan dünyaya verilən mühüm mesajlar, əslində, ədalət, beynəlxalq hüquq və müstəqil siyasət prinsiplərinə sadiq qalaraq qlobal sistemdə ədalətli münasibətlərin qurulması yolunda önəmli çağırış oldu. Siz çıxışınızda qlobal enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, yaşıl keçid və beynəlxalq siyasət istiqamətlərində səmimiyyət və ədalət prinsiplərinə toxunaraq, Azərbaycanın dünya nizamındakı yerini və mövqeyini bir daha təsdiq etdiniz. Bakı bu gün təkcə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə kifayətlənmir, eyni zamanda, haqqın, ədalətin və suverenliyin qorunması naminə dünyaya güclü mesajlar göndərir.
Sizin çıxışınız bir daha sübut etdi ki, Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də beynəlxalq proseslərdə söz sahibi olan, ədalətli və etibarlı tərəfdaş kimi tanınan dövlətdir. COP29-un təşkili və orada qlobal iqlim siyasətinə dair əldə olunan mühüm nəticələr Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun bariz göstəricisidir. Bu tədbirlər yalnız Azərbaycanın qlobal siyasətdə mövqeyini möhkəmləndirmir, həm də beynəlxalq ictimaiyyət üçün yeni çağırışlara cavab vermək istiqamətində ciddi addımların atıldığını nümayiş etdirir.
Bakıdan dünyaya verilən mesajlar, Azərbaycanın müstəqil xarici siyasət strategiyası və beynəlxalq münasibətlərdə ədalətin təmin olunması üçün göstərdiyiniz qətiyyətli mövqe, əslində, beynəlxalq hüquqi müstəvidə ölkəmizin prinsipial mövqeyinin aydın ifadəsidir. Sizin prinsipiallığınız, iradəniz və liderliyiniz Azərbaycanın nüfuzunu təkcə regionda deyil, bütün dünyada daha da artırır.
Cənab Prezident, Sizin qlobal siyasətdə nümayiş etdirdiyiniz prinsipiallıq və qətiyyət Azərbaycan xalqı üçün qürur mənbəyidir. Müstəqilliyimizin və milli maraqlarımızın qorunması uğrunda apardığınız mübarizəni, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsi üçün gördüyünüz işləri dəstəkləyir və yüksək qiymətləndiririk. Sizin liderliyinizlə Azərbaycan daha böyük uğurlara imza atmaqda davam edəcək.
Sizinlə fəxr edirik!
Hörmətlə,
Əliyev Zaur, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Avropa Azərbaycan Mərkəzinin sədri.
Almaniya Federativ Respublikası, Münster şəhəri.