Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

29 mart 2025, 16:54

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan

xalqına isə xoş günlər və rifah arzulayıram.

Hörmətlə,

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti