Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan

29 mart 2025, 17:50

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik

Möhtərəm Mehriban xanım.

Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm.

Dərin ehtiramla,

 

Ziroatxon Mirziyoyeva

Özbəkistan Respublikasının birinci xanımı

SƏNƏDLƏR Fərmanlar 02 aprel 2025
16:24
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...

02 aprel 2025, 16:24