Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

01 aprel 2025, 17:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycan Respublikasının bütün müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Əminəm ki, Azərbaycanda müsəlmanlar Ramazan sınaqlarından dərin etiqad və ləyaqətlə çıxıb, mənəvi təmizliyə, mükəmməlləşməyə və yüksək idealların həyata keçməsinə səy göstəriblər. Bu müqəddəs ay bizə prioritetləri düzgün seçməyi, ruhun gücünü artırmağı və həyatda şəfqətin, quruculuğun, mərhəmətin və qarşılıqlı hörmətin əsas olduğunu öyrədir. Bu əbədi dəyərlər milli mənsubiyyətindən və etiqadından asılı olmayaraq bütün insanları birləşdirir.

Hörmətli İlham Heydər oğlu, bu müqəddəs bayram münasibətilə Sizə, yaxınlarınıza və Azərbaycanın bütün əhalisinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və tərəqqi arzulayıram.

Qoy həmişə sülh, əmin-amanlıq və sevinc Sizinlə olsun, Azərbaycan isə öz ənənələrini qoruyub saxlayaraq və xalqlarımız arasında dostluğu möhkəmləndirərək inkişafa davam etsin.

Hörmətlə,

 

Rəşid Temrezov

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

SƏNƏDLƏR Fərmanlar 02 aprel 2025
16:24
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...

02 aprel 2025, 16:24