Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Baharın, yenilənmənin və rifahın rəmzi olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm.
Bir çox xalqların qeyd etdiyi bu qədim bayram quruculuğun və birliyin ahəngini təcəssüm etdirir, bizə zəhmətsevərliyin, qarşılıqlı anlaşmanın və dəyişikliyə can atmağın vacibliyini xatırladır. Novruz əsrlər boyu olduğu kimi, bu gün də yalnız təbiət bayramı deyil, həm də dostluq ənənələrinin, anlaşmanın, qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.
Qoy bu bayram bizi yeni nailiyyətlərə, uğurlu əməkdaşlığa və cəmiyyətin rifahı naminə məhsuldar fəaliyyətə ruhlandırsın.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
German Qref
Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri