Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident, Əziz Qardaşım.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə dostluq və qardaşlıq ruhunda ən səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Uca və Mərhəmətli Allah orucumuzu və dualarımızı qəbul etsin, İslam ümmətinə əmin-amanlıq, tərəqqi, həmrəylik və xoşbəxtlik bəxş etsin!
Cənab Prezident, Əziz Qardaşım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Umaru Sisoku Embalo
Qvineya-Bisau Respublikasının Prezidenti