TÜRKSOY-un Baş katibi Sultan Raevdən

01 aprel 2025, 18:31

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Türksoylu xalqların əziz Novruz bayramı səmimiyyət, xeyirxahlıq, dostluq və birlik rəmzi olaraq böyük mədəniyyət bayramıdır. Novruz mövzusu qardaş xalqlarımızın nəğmələrində, folklorunda, aşıq mahnılarında, milli oyun və meydan tamaşalarında, rəssamlıq və kino əsərlərində geniş tərənnüm edilir.

Qədim Türk yurdu olan Azərbaycanda bu bayram əsrlər boyu əziz tutulub, zəngin Novruz ənənələri qorunub yaşadılıb və bu gün də Zati-alinizin qayğısı və dəstəyi sayəsində geniş qeyd edilməkdədir.

Beynəlxalq TÜRKSOY təşkilatı yaradılandan etibarən Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin və incəsənət ustalarının da iştirakı ilə müxtəlif tədbirlər təşkil edərək mədəni sərvətimiz olan Novruzun zəngin milli-mənəvi dəyərlərini və ənənələrini dünyada geniş şəkildə təqdim etməkdədir.

Zati-alinizi, doğmalarınızı və qardaş Azərbaycan xalqını bu əziz bayram münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Novruzun ölkənizə sülh, əmin-amanlıq və ruzi-bərəkət gətirməsini arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

 

Sultan Raev

TÜRKSOY-un Baş katibi

SƏNƏDLƏR Fərmanlar 02 aprel 2025
16:24
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...

02 aprel 2025, 16:24