11 aprel 2025, 15:30

Gəncə Dövlət Universitetinin müəllimlərindən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Qədim Gəncəyə, Nizami yurduna göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün bölgələrimiz kimi doğma şəhərimiz də gündən-günə gözəlləşir, yeni parklar salınır, abadlıq-quruculuq işləri görülür.

Cənab Prezident, bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. İstər siyasi, istər iqtisadi sahədə əldə etdiyimiz uğurlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Ölkəmizin beynəlxalq arenada mövqeyi gündən-günə güclənir. Müdrik siyasətiniz nəticəsində respublikamız dünyada söz sahibi olan ölkələrdən biridir.

Qədim Gəncəmiz üçün gördüyünüz işlərə görə Gəncə Universitetinin müəllimləri adından bir daha təşəkkürümüzü çatdırırıq.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

İsgəndərova Arifə Zabir qızı,

Quliyeva Ülviyyə Elburus qızı,

Məmmədov Şahmar Rüstəm oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.