10 aprel 2025, 17:15

Ərəstun Mehdiyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Respublikamızın bütün regionlarında olduğu kimi, Gəncə şəhərində də genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Gəncə şəhərində III MDB Oyunlarının keçirilməsinə şərait yaradılması və çox böyük təmir-bərpa işlərinin aparılması barədə göstəriş verdiyinizə görə Sizə öz adımdan və şəhər sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə şəhər infrastrukturunun və yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və digər işlərin müvəffəqiyyətlə icrası Gəncənin gözəlliyinə gözəllik qatmışdır. Əminik ki, III MDB Oyunlarını uğurla təşkil etməklə bizim qədim şəhərimiz olan Nizami yurdu Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz füsunkarlığını, müasirliyini və tarixi simasını təqdim edəcəkdir.

Əziz Prezidentimiz, bu işlər bizi təbii ki, çox sevindirir. Sizə bir daha təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün bütün işlərinizdə bol-bol uğurlar arzulayırıq.

Hörmətlə,

Mehdiyev Ərəstun,

Xəlilov Zahid,

İslamov Təvəkgül,

Turabov Urfan,

Vəliyev Şakir və başqaları (8 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.