Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin kollektivindən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında gündən-günə inkişaf edən ölkəmizdə regionlarımız abadlaşır, xalqımız daha firavan yaşayır. İşğladan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə paralel olaraq Ağdamın digər qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri biz sakinlərin könlünü oxşayır. Yollarımız abadlaşır, küçələrimiz asfalt örtüklə hamarlaşır. Bu hər kənddə, hər məhəllədə gedən inkişafın bariz nümunəsidir. Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin yerləşdiyi küçədə aparılan abadlıq və quruculuq işləri, yeni asfalt örtüyünün salınması, məktəb kollektivinin və tələbələrin sevincinə səbəb olmuşdur.
Cənab Prezident, Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi və tələbələri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən siyasətiniz, xalqımıza göstərdiyiniz qayğı, ölkəmizdə gedən inkişaf Azərbaycanı dünya miqyaslı ölkələr siyahısına daxil edir.
Uca Yaradan bu çətin və şərəfli işinizdə Sizə yar və yardımçı olsun.
Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi adından hörmətlə,
Xanım Əliyeva
Azərbaycan Respublikası, Ağdam rayonu.