Akif Rzayev və Ramiz Niftəliyevdən, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident,
“Cəlilabad rayonunun Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 14 aprel tarixli Sərəncamınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Bu yolun rayonumuz üçün əhəmiyyəti böyükdür. Ona görə də hesab edirik ki, bu yol əsaslı təmir edilərək istifadə verildikdən sonra həm işlərimiz avand olacaq, həm də həmin kəndlərin və onlara qonşu olan kəndlərin iqtisadi baxımdan inkişafına şərait yaranacaq.
Cənab Prezident, ölkəmizin və onun bir parçası olan Cəlilabadın sosial-iqtisadi inkişafı üçün görülən işlərə görə Sizə bir daha minnətdarlığımızı bildirir, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Akif Rzayev,
Ramiz Niftəliyev
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Zəhmətabad kəndi.