17 aprel 2025, 18:30

Afiz Mansurovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycanın inkişafı və çiçəklənməsi, əhalinin rifahının yüksəldilməsi, güzəranının yaxşılaşdırılması üçün mühüm işlər görürsünüz. Regionlara göstərdiyiniz davamlı diqqət və qayğının nəticəsində, hər bir şəhər və rayonumuz kimi, Cəlilabad da son illərdə inkişafa nail olmuşdur. Yolların çəkilməsi və əsaslı təmiri, küçələrin müasir üslubda abadlaşdırılması, eləcə də digər işlər rayon sakinlərinin ürəyincə olmuşdur.

Bütün bunlara, həmçinin “Cəlilabad rayonunun Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 14 aprel tarixli Sərəncamınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Afiz Mansurov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sərhədabad kəndi.