17 aprel 2025, 14:06

Qulamhüseyn Əzizovdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlər əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirir və onun tranzit ölkə kimi əhəmiyyətini daha da artırır. Xüsusilə, cənub bölgəsində yeni yolların çəkilməsi və mövcud yolların əsaslı təmiri şimal-cənub dəhlizi üçün mühüm töhfədir.

“Cəlilabad rayonunun Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 14 aprel tarixli Sərəncamınız da rayonumuzda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir. Bu yolun rayonumuzun sosial-iqtisadi inkişafında rol oynayacağına inanıram.

Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Yolunuz hər zaman açıq və hamar olsun.

Hörmətlə,

Qulamhüseyn Əzizov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Soltankənd kəndi.