Fazil Qurbanovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
“Cəlilabad rayonunun Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 14 aprel tarixli Sərəncamınız rayon sakinlərinin sevincinə səbəb olmuşdur. Çünki, müasir dövrdə rahat və sürətli hərəkətə imkan verən yolların insan həyatında necə mühüm rol oynadığını çox yaxşı bilirik. Bu yolun əhatə etdiyi kəndlərin sosial-iqtisadi həyatına çox böyük töhfə verəcəyinə əminik.
Ümumilikdə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işləri alqışlayır və bununla əlaqədar Sizə dərin təşəkkürümüzü bildiririk. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə və nəqliyyat imkanlarının genişləndiriləcəyinə ümid edirik.
Ulu Tanrı daim köməyiniz olsun.
Hörmətlə,
Fazil Qurbanov
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ağusəm kəndi.