Yusif Hümbətovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Son aylarda doğma şəhərimdə Sizin göstərişiniz əsasında həyata keçirilən abadlıq işlərinə sevinir və qürur hissi keçirirəm. Bu günlərdə Gəncədə küçələrin genişləndirilməsi, asfalt örtüyünün yenilənməsi Gəncə sakinlərinin sevincinə səbəb olmuşdur. Qədim və özünəməxsus memarlıq abidələrinə malik şəhərimiz həm də müasirliyi özündə təcəssüm etdirir. Görülən bu tədbirlər, şəhər ətrafında yaşıllıqların və parkların salınması şəhər əhalisinin asudə vaxtlarını rahat və səmərəli keçirməsinə şərait yaradır.
Sizin xeyir-duanızla Gəncədə keçiriləcək III MDB Oyunlarının şəhərimizin turizm potensialına və sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyinə bütün şəhər sakinləri inanır.
Möhtərəm cənab Prezident, ölkəmizin bütün regionları kimi Gəncəmizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə öz adımdan və ailə üzvlərim adından təşəkkürümü bildirirəm. Əminəm ki, Sizin rəhbərliyiniz altında ölkəmiz yeni zirvələr fəth edəcəkdir.
Allah Sizi qorusun!
Hörmətlə,
Yusif Hümbətov
Azərbaycan Respublikası, Gəncə şəhəri.