18 aprel 2025, 14:10

Müraciəti müsbət həll olunan kənd sakinindən, Şəmkir, Azərbaycan

Salam cənab Prezident,

Allah Sizi bu dövlətin başından və xalqın önündən əskik etməsin.

Mən, respublikamızın hər bir guşəsi kimi gündən-günə inkişaf edən, gözəlləşən Şəmkir rayonunda yaşayıram. Bu məktubu yazmaqda məqsədim Sizə minnətdarlıq etməkdir. Sadə bir vətəndaş olaraq, Sizin diqqət mərkəzinizdə olduğumu hiss edirəm. Çətinliklərimizlə əlaqədar müraciətlərimiz müsbət həll olunur, bizə daim kömək və dəstək göstərilir. Bu günlərdə Sizə yazdığım məktubum da öz müsbət nəticəsini verdi. Narahatlıq doğuran məsələ aradan qaldırıldı və bu məni çox sevindirdi.

Mənim müraciətimə biganə qalmadığınıza və problemimi həll etdiyinizə görə Sizə təşəkkür edirəm, cənab Prezident.

Hörmətlə,

Elşən Məmmədov

Azərbaycan Respublikası, Şəmkir rayonu, Ağlavaşlı kəndi.