15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Prezident İlham Əliyev Monteneqronun “Pobjeda” qəzetinin baş redaktoru Srdan Kusovaça müsahibə vermişdir.
- Cənab Prezident, tezliklə Monteneqroya rəsmi səfərə gələcəksiniz. Monteneqroya səfərinizdən nə gözləyirsiniz?
- Bu, mənim Monteneqroya ilk rəsmi səfərimdir. Bildiyiniz kimi, Monteneqronun Prezidenti cənab Filip Vuyanoviç Azərbaycanda səfərdə olmuşdur. Müxtəlif səviyyədə digər qarşılıqlı səfərlər də həyata keçirilmişdir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mənim Monteneqroya bu səfərim də ümid edirəm ki, ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olacaqdır. Hesab edirəm ki, dövlət başçıları səviyyəsində aparılan danışıqlar və heyət üzvləri arasında keçirilən görüşlər, o cümlədən imzalanacaq sənədlər ölkələrimizin mövcud əlaqələrinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi işinə təkan verəcəkdir.
- Ölkənizin bu regiona marağı böyükdür. Son iki ildə Monteneqro, Serbiya və Xorvatiya prezidentləri Azərbaycana səfər edib. Bu, necə baş verdi, regiona belə böyük maraq nədən qaynaqlanır?
- Bəli, qeyd etdiyiniz kimi, Monteneqro ilə yanaşı, Serbiya və Xorvatiya prezidentləri də Azərbaycanda səfərdə olmuşlar. Eyni zamanda, Bosniya və Herseqovina, Sloveniya, Makedoniya prezidentləri də Azərbaycanda olmuşlar. Dövlət başçılarının ölkəmizə bu səfərləri Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə olan marağın göstəricisidir. Əlbəttə ki, Azərbaycan üçün də bu regionun ölkələri ilə müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi önəmlidir. Regionun lider dövləti olan Azərbaycan ilə bu ölkələrin əlaqələrinin möhkəmləndirilməsi həm ikitərəfli münasibətlərin inkişafına, həm də regional əməkdaşlığa öz töhfəsini verə bilər.
- Ölkələrimiz arasında müxtəlif sahələrdə olan ikitərəfli əlaqələrin inkişafını necə dəyərləndirərdiniz?
- Ölkələrimiz arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etməkdədir. Siyasi əlaqələrimizin səviyyəsi razılıq doğurur. Hökumətlər arasında imzalanan sənədlər əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır. Ümid edirəm ki, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyəti əhəmiyyətli olacaqdır. Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də rolu qeyd olunmalıdır. İqtisadi əlaqələrimiz də uğurla inkişaf edir. İqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən enerji və turizm sahələrində birgə layihələr uğurla həyata keçirilir. Monteneqro hökuməti tərəfindən Azərbaycanın dövlət və özəl şirkətlərinin fəaliyyəti üçün bu ölkədə əlverişli investisiya mühiti yaradılmışdır. Azərbaycan investorlarının həyata keçirdiyi turizm layihəsi bunun bariz nümunəsidir. Humanitar sahədə də əməkdaşlığımız yaxşı səviyyədədir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanlar vardır.
- Ölkəniz təkcə Monteneqroya deyil, həmçinin regionun digər ölkələrinə, həm mədəni, həm də dini abidələrin yenidən qurulması layihələrinə sərmayə qoyur. Azərbaycan, həmçinin monteneqrolu idmançıları da dəstəkləyir. Bu cür sərmayələrin məqsədi nədir?
- Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edir və hazırda dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Ölkəmiz enerji sahəsində böyük nailiyyətlər qazanmışdır. Azərbaycan qlobal iqtisadi və enerji layihələrində fəal iştirak edir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Dünyada mövcud olan ağır maliyyə böhranı illərində belə bizim iqtisadi inkişafımız davam etmişdir. Son illər ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. İqtisadiyyatın şaxələndirilməsinə nail olmuşuq. Qeyri-neft sektorunun inkişafı dövlətin daim diqqət mərkəzindədir. Bu sektor keçən il 9,7 faiz artmışdır.
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektoru prioritet sahələrdən biridir. Bu il ölkəmizin ilk süni peyki orbitə buraxılmışdır. Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuşdur. İqtisadiyyatımızın inkişafı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Bu gün Azərbaycan xarici ölkələrə investisiya qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir. Biz ən çox investisiyaları region ölkələrinin iqtisadiyyatına qoyuruq. Azərbaycan Türkiyəyə, Gürcüstana böyük həcmdə sərmayələr yatırıb. Biz xaricə qoyulan investisiyaların coğrafiyasını genişləndiririk. Artıq investisiyaların bir hissəsini Avropa ölkələrinə qoymağa başlamışıq. Əlbəttə ki, investisiya qoyuluşu iqtisadi əlaqələri möhkəmləndirir və bu əlaqələrin uzunmüddətli olması baxımından böyük rol oynayır. Hesab edirəm ki, Azərbaycanın Monteneqro iqtisadiyyatına investisiya qoyması üçün yaxşı potensial vardır. Ümid edirəm ki, bu səfərim ölkənizə sərmayə qoyuluşu üçün də yeni imkanlar açacaqdır.
- Sizin ölkənizin bir hissəsi olan, işğal altındakı Dağlıq Qarabağ regionu ilə bağlı heç bir dəyişiklik yoxdur. Üstəlik iki azərbaycanlı əsgər ötən ay həlak olub. Bu regionun gələcəyi necə olacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını necə görürsünüz?
- Bildiyiniz kimi, Ermənistanın Azərbaycana təcavüzü uzun müddətdir ki, davam edir. Bu təcavüz nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə ən böyük təhlükə olmaqla yanaşı, həm də regionun inkişafı üçün ciddi maneədir. Münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılmış, xalqımızın tarixi, dini abidələri, qədim maddi mədəniyyət nümunələri, qəbiristanlıqlar tamamilə məhv edilmişdir.
Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar prosesində hər hansı irəliləyişə hələ də nail olunmayıb, təmas xəttində ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması halları baş verir və bu da Azərbaycanın həm hərbçiləri, həm də mülki əhalisi arasında itkilərə səbəb olur. İşğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı verdikləri bəyanata Ermənistan indiyə qədər məhəl qoymur. Hesab edirəm ki, beynəlxalq birlik bu münaqişənin ədalətli həll olunması istiqamətində səylərini daha da artırmalıdır. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Yalnız bundan sonra regionda uzunmüddətli sabitlik və əməkdaşlığa nail olmaq olar.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17