18:00

Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.
Novruz bayramının muğam və aşıq sənəti ilə yanaşı, YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi əslində hər bir azərbaycanlının nailiyyətidir. Bahar bayramı ərəfəsində paytaxt və bölgələrdə keçirilən Üçüncü Beynəlxalq Muğam Festivalı da böyük tarixi-mədəni irsimizi bütün zənginliyi ilə bir daha nümayiş etdirmək imkanı verdi.
Nəhəng infrastruktur layihələrinin ardıcıl gerçəkləşməsinin nəticəsi olaraq sürətlə modernləşən ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir.
Bu əziz günlərdə mən hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Azərbaycançılıq məfkurəsi ətrafında milli həmrəylik duyğusu ilə sıx birləşən və ölkəmizin hüdudlarından kənarda bayramı bizimlə birgə qarşılayan soydaşlarımıza salamlarımı yetirirəm.
Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2013-cü il.
PDF yükləyin
12 mart 2025, 12:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...
12 mart 2025, 12:49PDF yükləyin
12 mart 2025, 12:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...
12 mart 2025, 12:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...
11 mart 2025, 16:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...
11 mart 2025, 16:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...
11 mart 2025, 16:14Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...
11 mart 2025, 16:12