İlham Əliyev BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsini qəbul etmişdir

24 may 2010, 16:40
İlham Əliyev BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsini qəbul etmişdir

Prezident İlham Əliyev BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğulamışdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən dövlətimizin başçısı onların sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışmış və bu işlərin Azərbaycan dövlətinin siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu demişdir. Dövlət başçısı Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaqla bu ədalətsizliyin aradan qaldırılması istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirmişdir.

BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin 2007-ci ildə ölkəmizə səfərini və həmin səfər zamanı keçirdiyi görüşlərdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələri xatırlamışdır. Valter Kalin budəfəki səfəri zamanı həm Bakıda, həm də bölgələrdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olduğunu, 2007-ci ildən bəri Azərbaycanda bu istiqamətdə çox böyük işlər görüldüyünü məmnunluqla qeyd etmişdir.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10