İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir

05 oktyabr 2010, 15:19
İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonuna gəlmişdir.

Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Ermənistanın aramsız hücumlarına qəhrəmanlıqla sinə gərmişlər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirmişdir. Təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən tədbirlər rayonun ümumi inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Sədərəkdə inşa olunan mərkəzi xəstəxana binası da bu reallıqdan qaynaqlanır.

Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak etdi.

Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilmişdir. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait vardır.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, səhiyyə islahatları muxtar respublikada uğurla aparılır.

Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Həkim Roza QULİYEVA kollektiv adından çıxış edərək Prezident İlham Əliyevin onlara göstərdiyi etimadı doğruldacaqlarını bildirdi və Sədərək rayon mərkəzi xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstəriləcəyini söylədi.

Prezident İlham ƏLİYEV tibb işçilərini təbrik edərək dedi:

- Əziz dostlar, mən sizi bu yeni, gözəl xəstəxananın açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Bu xəstəxananın açılışı gözəl və əlamətdar hadisədir. Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə almaq, həm də müayinədən, bütün diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır. Bu xəstəxana rayon sakinləri üçün gözəl bir hədiyyədir. Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin.

Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir. Son illər ərzində Naxçıvanda bir neçə gözəl, müasir tibb ocağı yaradılmışdır. Xatırlayıram, dörd il bundan əvvəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı Naxçıvanda böyük bir hadisə idi. Çünki ən müasir texnologiyalara malik, ən müasir avadanlıqla təchiz olunmuş və memarlıq baxımından gözəl əsərə bənzəyən bir müalicə-diaqnostika mərkəzi Naxçıvana çox lazım idi. Artıq bir neçə ildir ki, bu gözəl tibb ocağı işləyir və naxçıvanlıların sağlamlığının keşiyində dayanır. Ondan sonra Naxçıvanda böyük və müasir doğum evi yaradıldı. Ona da böyük ehtiyac var idi. Çünki biz elə etməliyik ki, uşaqlar sağlam doğulsunlar və sağlam böyüsünlər.

X X X

Son illər ölkədə gedən quruculuq, abadlıq işləri nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşmüşdür. Naxçıvanda isə bu göstərici inkişaf etmiş ölkələrin səviyyəsindən də aşağıdır. Nəyə görə?! Çünki lazımi səviyyədə tibbi xidmət göstərilir. Naxçıvanda artıq təcili tibbi yardım avtomobillərinin sayı da artıb, yəni bu maşınlar vasitəsilə istənilən anda ağır xəstəyə tibbi yardım göstərmək mümkündür. Bu maşınlar dünyanın aparıcı ölkələrinin şəhərlərində fəaliyyət göstərir və bu gün biz onları Azərbaycana da gətirmişik, artıq onların bütün bölgələrə paylanması prosesi davam etdiriləcəkdir. Naxçıvanda, keçən dəfə Şərur, ondan əvvəl Culfa rayonlarında mərkəzi rayon xəstəxanaları yaradılmışdır. Bu gün Şahbuzda, Sədərəkdə, Ordubadda, Babək rayonunda, yəni hər bir rayonda gözəl tibb məntəqəsi, tibb ocağı vardır və onlar yüksək səviyyəli, keyfiyyətli avadanlıqla təchiz olunmuşdur.

Ümid edirəm ki, burada çalışan həkimlər də daim öz peşəkarlığını artıracaqlar. Bu gün həkimlər dünyada gedən ən qabaqcıl proseslərdən xəbərdar olmalıdırlar. Yəni, müasir mətbuatı izləməlidirlər, kompyuter vasitəsilə bütün bu şəbəkəyə qoşulmalıdırlar. Bunu müasirlik tələb edir. Biz elə etməliyik ki, Azərbaycanın hər bir sahəsində, ilk növbədə səhiyyə sistemində müasir texnologiyalar tətbiq olunsun. Bu, ən vacib məsələdir.

İnsanların sağlamlığı, onların həyat keyfiyyətinin yaxşılaşdırılması məsələləri bu gün dünyanı düşündürən məsələlərdən biridir. Azərbaycanda bu sahədə böyük irəliləyiş əldə edilibdir. Bakıda son illərdə bir neçə müasir tibb mərkəzləri yaradılıbdır. Bu yaxınlarda biz Azərbaycan Tibb Universitetinin tədris-terapevtik korpusunun istismara verilməsini qeyd etdik. Əslində böyük bir klinikadır. Orada 15 kafedra yerləşəcək və 300-dən artıq çarpayılıq bir klinikadır. Tibb Universitetinin cərrahiyyə korpusu da tikilir. Ondan əvvəl göz xəstəxanası, onkoloji və uroloji mərkəzlər, talassemiya mərkəzi, klinik xəstəxana, yəni bunlar hamısı son illər ərzində yaradılmış tibb müəssisələridir.

Hər bir səhiyyə müəssisəsində yüksək səviyyəli tibbi xidmət göstərilməlidir. İnsanlar sağlam olmalıdır. İnsanlar, hər bir vətəndaş - mən dəfələrlə bunu qeyd etmişəm, bir də demək istəyirəm, - ildə bir dəfə müayinədən keçməlidir. İndi bunun üçün hər bir şərait vardır. Rayonun hər bir sakini ildə bir dəfə bu xəstəxanaya gəlməlidir, müayinədən keçməlidir, analizlərini verməlidir və bilməlidir ki, onun səhhəti, sağlamlığı hansı səviyyədədir. İndi Azərbaycanın hər bir bölgəsində müasir tibb məntəqələri, xəstəxanalar vardır. Vaxtaşırı qan analizlərini verməlidirlər. Yəni bütün bunlar həm xəstəliyi vaxtında müəyyən etmək, eyni zamanda, insanların sağlamlığı, sağlam həyat tərzi üçün lazımdır.

Ona görə də bu xəstəxananın çox böyük əhəmiyyəti və böyük mənası vardır. Bu, bir tərəfdən insanlara olan diqqətin və qayğının əlamətidir, digər tərəfdən Azərbaycanın bugünkü imkanlarını göstərir. Ölkəmizdə bütün bu işlər, - səhiyyə, təhsil, mədəniyyət sahələrində, bütün sosial sferada işlər ən yüksək səviyyədə görülür. Mən istəyirəm ki, hər bir xəstəxana onun yerləşməsindən asılı olmayaraq müasir səviyyədə olsun, Azərbaycanda hər bir sahədə müasirlik, yenilik və keyfiyyət özünü daim göstərsin və Azərbaycan xalqı bu gözəl imkanlardan bəhrələnsin.

Mən arzu edirəm ki, burada bütün işlər yüksək səviyyədə görülsün. Ümid edirəm ki, bu xəstəxanaya müraciət edənlərin sayı çox olmayacaqdır. Çünki insanlar sağlamdır. Gözəl təbiət, gözəl iqlim bu sağlamlığa çox müsbət təsir göstərir. Amma əgər ehtiyac yaranarsa, əmin olmaq istəyirəm ki, bu xəstəxanada ən yüksək tibbi xidmət və qayğı göstəriləcəkdir. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02