İlham Əliyev Sədərək rayonunun Heydərabad qəsəbəsində tikilən yeni binalarla tanış olmuşdur

05 oktyabr 2010, 16:00
İlham Əliyev Sədərək rayonunun Heydərabad qəsəbəsində tikilən yeni binalarla tanış olmuşdur

Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin açılışında iştirak etmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. 

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi.

Dövlət başçısı qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılmışdır. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilmişdir. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanmışdır. Tikilən 16 yeni ev də sakinlərə təqdim olunacaqdır. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulmuşdur. İkimərtəbəli evlərə telefon, qaz, elektrik və su xətləri çəkilmişdir.

Ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, yollara asfalt döşənmişdir.

Prezident İlham ƏLİYEV qəsəbə sakinlərini təbrik edərək dedi:

- Sizi qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da böyük hadisədir.

Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir. O vaxt Azərbaycan rəhbərliyi Naxçıvanı qorumaq üçün heç bir şey etmirdi, heç bir yardım göndərilmirdi. Azərbaycan rəhbərliyində olan bəzi şəxslər hətta bəlkə də istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Bizdə belə məlumatlar var idi. Çünki Naxçıvan o vaxt müstəqillik rəmzi, Azərbaycanın müstəqillik rəmzi idi. Təsadüfi deyil ki, üçrəngli milli bayrağımız birinci dəfə məhz Naxçıvanda Ali Məclisin sessiyasında Heydər Əliyevin qərarı ilə dövlət bayrağı kimi təsdiq edildi. Hələ Sovet İttifaqının dağılmasına çox vaxt var idi. Ona görə, Naxçıvan müstəqillik, əyilməzlik rəmzi idi. Naxçıvanlılar Heydər Əliyevin ətrafında sıx birləşmişdilər və bunun nəticəsində Naxçıvan özünü qoruya bildi. Düşmənə imkan verilmədi ki, Naxçıvan da işğal altına düşsün. Ermənilərdə belə planlar var idi, onlar onu gizlətmirdilər, indi də gizlətmirlər.

Bəzi hallarda yenə də Naxçıvanla bağlı cəfəng fikirlər səsləndirirlər, uydurmalar yayırlar. Naxçıvan tarixi, qədim və əbədi Azərbaycan torpağıdır, bundan sonra elə olacaqdır. Ancaq o illərdə həm Azərbaycanın, həm də Naxçıvanın taleyi həll olunurdu. Heç kim o vaxt deyə bilməzdi ki, burada vəziyyət necə olacaqdı. Çünki Qarabağın ətrafında gedən proseslər Azərbaycan torpaqlarının işğal altına düşməsinə gətirib çıxarmışdı, Azərbaycan Ordusu Qarabağda torpaqları müdafiə edə bilmirdi, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısı yoxdur. Əgər o vaxt Heydər Əliyev Naxçıvana gəlməsəydi və burada bütün işləri lazımi səviyyədə görməsəydi, Naxçıvanın aqibəti çox acınacaqlı ola bilərdi. Biz qədim torpağımızı itirə bilərdik.

Ancaq ulu öndərin fəaliyyəti və cəsarəti nəticəsində, naxçıvanlıların rəşadəti, fədakarlığı sayəsində Naxçıvanı qorumaq mümkün oldu. Bu gün Naxçıvan müasir, gözəl məkandır, uğurla, sürətlə inkişaf edən diyardır. Naxçıvan Muxtar Respublikası artıq bütün sahələrdə çox yüksək səviyyəyə qalxmışdır. Bu gün biz bir gündə görün nə qədər böyük işlər gördük, yəni, nə qədər vacib açılışlarda iştirak etdik. Bu gün üç məktəb, bir xəstəxana, bu gözəl qəsəbə açıldı. Bundan sonra Ordubadda yeni su elektrik stansiyasının, yeni yaradılmış müəssisələrin açılışında, Naxçıvanın içməli su problemlərinin həlli üçün nəzərdə tutulmuş tədbirdə iştirak edəcəyəm. Yəni biz bu inkişafı, irəliləyişi, bütün sahələrdə - həm sosial, həm iqtisadi, sənaye, hərbi sahələrdə görürük. Bu gün burada, sərhəddə vəziyyətlə tanış olarkən bir daha gördüm ki, Azərbaycan Ordusu sərhədlərimizi lazımi səviyyədə qoruyur və bax, o dağın arxasında yerləşən düşmən də bunu yaxşı bilir və dərk edir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli ordudur. Ordumuz hər il daha da güclənir və ordu quruculuğu üçün bütün lazımi tədbirlər görülür. Həm peşəkarlıq artır, həm silah-sursat, texnika alınır və bundan sonra da alınacaqdır. Biz bu texnikanı və silahları öz pulumuzla, Azərbaycan xalqının zəhməti hesabına yaradılmış vəsaitlə alırıq. Ona görə də ordu məsələlərinə nə qədər vəsait ayırmaq və imkanlarımızdan necə istifadə etmək bizim daxili işimizdir. Biz orduya, hərbi məsələlərin həllinə lazımi qaydada, lazımi səviyyədə vəsaiti ayırırıq və ayıracağıq.

Bu gün Azərbaycan qüdrətli dövlətdir. Əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz buna nail olacağıq. Sizi isə bu gözəl hadisə, qəsəbənin yeni həyatının başlanması münasibətilə bir daha ürəkdən təbrik edirəm.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən müəllim Nazəndə VƏLİYEVA yeni salınan qəsəbəyə görə sakinlər adından minnətdarlığını bildirdi. O, Naxçıvan Muxtar Respublikasının inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, ümummilli liderin təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qəsəbə sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev yeni mənzillərdəki şəraitlə tanış oldu.

Sonra xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02