İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər

21 iyun 2013, 14:50
İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər

Brüsseldə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun bəyanatı

- Xanımlar və cənablar!

Bu gün yenidən Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan məmnunam. Biz artıq bir neçə dəfə görüşmüşük.

Sonuncu dəfə keçən il iyulun 5-də Bakıya səfərim zamanı görüşümüz olub və Sizə qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm.

Bu gün biz səmimi, geniş və konstruktiv müzakirələr apardıq. Bu müzakirələr Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran sahələri və eyni zamanda, münasibətlərimizin inkişafını əhatə etdi.

Digər mövzularla yanaşı, biz enerji məsələsini də müzakirə etdik. Mən hər iki tərəf üçün vacib strateji layihə olan “Cənub” qaz dəhlizində əldə edilən əhəmiyyətli nailiyyətlərlə bağlı razılığımı bildirdim. Bu işə rəhbərliyinə görə Prezident Əliyevə təşəkkür etdim. Daha geniş şəkildə desəm, mən təsdiq etdim ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır, biz enerji sahəsində birgə çalışaraq, böyük nailiyyətlər əldə etmişik. Amma biz daha çox iş görə bilərik.

Mən bir daha qeyd etdim ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan ilə demokratik və müştərək dəyərlər, xüsusilə insan hüquqları və fundamental azadlıqlar sahəsində uzunmüddətli və köklü əməkdaşlıqda qəti niyyətlidir.

Biz, həmçinin 2013-cü ildə reallaşdırılacaq əsas tədbirləri nəzərdən keçirdik və qiymətləndirdik. Bunlardan biri əlbəttə ki, prezident seçkiləridir. Avropa İttifaqı ümid edir ki, bu seçkilər yüksək standartlara uyğun keçiriləcəkdir. Biz, həmçinin Şərq tərəfdaşlığındakı irəliləyişləri nəzərdən keçirdik və mən Assosiativ Müqaviləyə əsaslanan yeni münasibətlərin qurulması ilə bağlı güclü niyyətimi bildirdim. Nəhayət, biz regional və beynəlxalq məsələləri müzakirə etdik. Bu müzakirələr zamanı Prezidentin fikirləri və perspektivlər mənim marağıma səbəb oldu. Gözlədiyiniz kimi, mən vurğuladım ki, Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitliyə nail oluna bilməz və biz ATƏT-in Minsk qrupunun vasitəçilik cəhdlərini dəstəkləməkdə davam edirik.

Mən həftənin əvvəlində Laf Erndə iştirak etdiyim “Böyük Səkkizlik”in sammitində Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdikləri bəyanatları dəstəklədiyimi bildirdim. Minsk qrupu ölkələrinin prezidentləri tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusilə də güc tətbiq etməməyə, güc təhlükəsinin olmamasına, ərazi bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə qayıtmağa çağırırlar. Onlar regionda gərginliyin artmasına və münaqişənin irəliləməsinə gətirib çıxara biləcək istənilən fəaliyyətdən qaçmağa çağırırlar. Mən, həmçinin münaqişə tərəfləri arasında olan uçurumu aradan qaldırmağa yönəlmiş hazırkı tədbirləri genişləndirmək niyyətimi bir daha bildirdim.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yaxşıdır. Bizim uzunmüddətli öhdəliyimiz Assosiativ Müqavilə üzrə danışıqları tamamlamağa yönəlmiş işlərimiz vasitəsilə bu münasibətləri daha da möhkəmləndirməkdir. Assosiativ Müqavilə ilə bizim münasibətlərimiz potensialını tam şəkildə reallaşdıra bilər.

Cənab Prezident! Səfərinizə görə Sizə təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Şərhlərinizə görə çox sağ olun cənab Prezident. Dəvətinizə görə sağ olun. Burada yenidən olmaqdan və münasibətlərimizə aid mühüm məsələləri müzakirə etməkdən çox məmnunam.

Azərbaycana Sizin səfərinizi mən də xatırlayıram. Bu, münasibətlərimiz üçün əhəmiyyətli səfər idi. Bu, Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana ilk səfəri idi. Bakıda və ondan əvvəl burada - Brüsseldə apardığımız müzakirələr əlaqələrimizin gələcək inkişafı üçün çox vacibdir. Çünki münasibətlərimizə aid yanaşmamız üst-üstə düşür. Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq arzusundadır. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının fəal iştirakçısıdır. Avropaya nə qədər yaxın olsaq bir o qədər inkişaf, demokratik inkişaf üçün imkanlarımız çox olar. Biz bu sahədə əməkdaşlığa görə Avropa təsisatlarına olduqca minnətdarıq. Hesab edirəm ki, demokratikləşmə, insan hüquqları kimi sahələrdə inkişaf Azərbaycana öz siyasi islahatlarını ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirməsində yardım edir. Əlbəttə, Siz də qeyd etdiniz ki, bu gün biz bu məsələni müzakirə etdik. Biz birmənalı olaraq bu sahələrdə əməkdaşlığı davam etdirəcəyik.

Cənab Prezident, qeyd etdiyiniz kimi, bu gün biz, həmçinin bir çox məsələləri əhatə etdik. Biz xüsusi olaraq regional sabitlik və təhlükəsizlik, münaqişənin həlli məsələsinə toxunduq. Biz ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin verdiyi bəyanatı yüksək dəyərləndiririk. Biz onlara minnətdarıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar və onlar “səkkizlər” qrupu kimi mötəbər forumundan öz münasibətini və narahatlığını bildirmək üçün istifadə etdilər. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik.

Helsinki Yekun Aktına edilən istinad çox vacibdir. Helsinki Yekun Aktı məsələnin hansı prinsipilər əsasında həllini açıq şəkildə müəyyən edir. Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmalı deyildir. Ermənistana gəldikdə, onlar artıq müqəddəratını təyin ediblər və Ermənistan dövləti artıq mövcuddur. Erməni xalqının ikinci dəfə öz müqəddəratını Azərbaycan ərazisində təyin etməsi qəbuledilməzdir. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi əsasında mümkün qədər tez həllində maraqlıdır.

Biz bu gün, həmçinin enerji təhlükəsizliyi məsələlərini geniş şəkildə müzakirə etdik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. Sonuncu görüşümüzdən sonra bu sahədə də çox müsbət irəliləyiş olub. TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır. Bu halda bütün tərəflər udur.

Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır. Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub” qaz dəhlizinin yaradıldığı bir vaxtda atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir.

Əlbəttə ki, biz regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə etdik. Fikrimcə, Azərbaycan regionda daha çox sabitləşdirici rol oynayır. Ümidvarıq ki, gələn illər ərzində biz bir çox müsbət dəyişiklikləri görəcəyik. Bir sözlə, cənab prezident, göstərilmiş qonaqpərvərliyə və görüşmək imkanına görə bir daha çox sağ olun. Mən inanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq davam edəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu münasibətlər yaxşıdır. Biz bu yaxşı münasibətləri daha da yaxşılaşdırıb onları əla etmək üçün birgə işləməliyik.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12