Oktyabrın 9-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Abdullah Gül prezident seçkilərində böyük qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etmiş, Azərbaycan xalqının rifahı və əmin-amanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daim inkişaf etdiyini qeyd edərək ikitərəfli münasibətlərimizin bütün sahələrdə bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini bildirmişlər.