Prezident İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Taha Makfersonun etimadnaməsini qəbul etmişdir.
Səfir Taha Makferson fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Taha Makferson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd etdi.
Səfir Taha Makferson yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.