Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündə İlham Əliyevin nitqi

18 noyabr 2010, 20:21
Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündə İlham Əliyevin nitqi

Hörmətli dövlət başçıları!

Hörmətli qonaqlar, əziz dostlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Bugünkü görüş çox əlamətdar hadisədir. Ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafı üçün bu görüşün çox böyük əhəmiyyəti vardır. Ölkələrimizin xalqları əsrlər boyu bir yerdə yaşamışlar, yaratmışlar. Biz qonşuyuq, bizi dostluq, mehriban qonşuluq əlaqələri bağlayır. Mən çox şadam ki, bu gün bu əlaqələr daha da yüksək pilləyə qalxıbdır.

Azərbaycan qonşuları ilə qarşılıqlı surətdə faydalı, işgüzar, dostluq münasibətləri qurubdur və bu münasibətlər getdikcə güclənir. Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır.

Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Bununla bərabər, qeyd etməliyəm ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. Üç ölkə öz arasında bu məsələləri həll edibdir. Ümid edirəm ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə və Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər.

Nəqliyyat sahəsində əməkdaşlıq dərinləşir. Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Bununla bərabər, biz ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradırıq. Bu məqsədlə həm avtomobil yollarının tikilməsi, dəniz nəqliyyatının inkişafı, dəmir yolu nəqliyyatının yenidən qurulması və həm də yeni dəmir yolu xətlərinin çəkilməsi məsələləri prioritet məna daşıyır. Bu yaxınlarda Bakıda yeni böyük ticarət limanının tikintisi başlanmışdır. Bu liman əslində bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət göstərəcəkdir. Birinci mərhələdə liman 10 milyon ton yükdaşıma-yükaşırma qabiliyyətinə malik olacaqdır. Sonuncu mərhələdə isə bu liman vasitəsilə 25 milyon ton yük nəql edilə bilər. Beləliklə, Azərbaycan bu limanı tikməklə ümumi işimizə töhfəsini vermiş olur.

Bununla bərabər, Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisi başlanmışdır. Ümid edirəm ki, tikintisi yaxın zamanlarda başa çatacaqdır və beləliklə, Xəzərdə istənilən həcmdə yükdaşıma məsələlərinin həlli üçün yeni, müasir infrastruktur yaradılacaqdır. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizinin fəal iştirakçısıyıq və bundan sonra da çalışacağıq ki, nəqliyyat sistemlərinin birləşməsi üçün səylərimizi qoyaq.

Bu gün, eyni zamanda, Xəzərin enerji resursları haqqında çoxlu söz-söhbət gəzir. Xəzərin çox zəngin təbii ehtiyatları vardır.

Bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. Ölkələrimiz nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər. Ölkələrimizdə hasil edilən neft və qaz demək olar ki, dünya enerji bazarında həlledici təsirə malikdir. Biz çalışırıq ki, səylərimizi birləşdirək. Biz hamımız istehsalçıyıq və istehsalçıların maraqları əlbəttə ki, üst-üstə düşür. Biz enerji resursları sahəsində bir-birimizlə rəqabət aparmırıq, əksinə, uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkələrimizin bütün maraqlarına xidmət göstərir. Azərbaycan enerji resurslarının nəqli ilə bağlı çoxşaxəli fəaliyyət göstərir. Biz enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi verməyə çalışırıq. Azərbaycanın neft-qaz resurslarının dünya bazarlarına müxtəlif yollarla çatdırılması üçün bizdə müasir infrastruktur yaradılmışdır. Bu infrastruktur qonşu ölkələrin maraqlarının təmin edilməsi üçün də təqdim oluna bilər. Yəni, bir sözlə, biz tranzit imkanlarımızı qonşular üçün təqdim etməyə hazırıq.

Bu gün Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün əlbəttə ki, iqtisadi əlaqələrin gücləndirilməsi çox böyük məna daşıyır. Bu sahədə aramızda olan iqtisadi əlaqələr güclənir. Təbii ki, böhran nəticəsində ticarət dövriyyəsi müəyyən dərəcədə aşağı düşübdür. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Əminəm ki, yaxın zamanlarda biz bütün sahələrdə uğurları bərpa edəcəyik.

Biz Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük proqramlar icra edirik. Deyə bilərəm ki, bu il Azərbaycanda “Ekologiya ili” elan edilibdir və çox böyük həcmdə ekoloji tədbirlər nəzərdə tutulur. Xüsusilə Xəzər dənizinin çirkab sulardan və neftlə çirklənmiş hissənin təmizlənməsi, müasir kanalizasiya sisteminin quraşdırılması ümumi işimizə töhfəmizdir. Ekoloji məsələlər həmişə zirvə görüşlərində xüsusi yer tutubdur. Bu gün də əlbəttə ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq. Bir sözlə, biz Azərbaycanda çalışırıq ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfəmizi verək.

Biz Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəal çalışırıq. Bu gün imzalanacaq sənəd məhz bu məsələləri əhatə edəcəkdir. Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır. Biz dənizdə təhlükəsizlik tədbirlərini öz gücümüz hesabına təmin edirik. Hesab edirəm ki, Xəzəryanı ölkələrin bu sahədəki əməkdaşlığı yüksək qiymətə malikdir. Bizim müvafiq dövlət qurumları bir-biri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda sıx əlaqədə olaraq Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün səylərini göstərirlər.

Əziz dostlar, mən hesab edirəm ki, ümumiyyətlə Xəzəryanı ölkələrin əməkdaşlığı yüksək qiymətə malikdir. Bir daha demək istəyirəm ki, hamımız dost ölkələrik, bir-birimizlə qonşuyuq, bu bölgədə yaşayırıq. Bizim müştərək tariximiz vardır, xalqlarımız bir-birinə çox bağlıdır. Bizi həm tarix bağlayır, həm də bugünkü maraqlar birləşdirir. Əminəm ki, bugünkü Zirvə Görüşü ölkələrimiz arasında nəinki Xəzər mövzusu ilə bağlı, bütün əlaqələrin inkişafına çox mühüm töhfə olacaqdır. Bir daha sizin hamınızı ürəkdən salamlayıram və zirvə görüşümüzə uğurlar arzulayıram.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06