Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı” hissəsinin 8.7.11-ci yarımbəndinin “Əsas icraçı orqan (qurum)” sütununda “NMR NK” akronimi “ADSEA” akronimi ilə, “Digər icraçılar” sütununda “ADSEA” akronimi “NMR NK” akronimi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2025-ci il