İlham Əliyev Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakı qəbul etmişdir

24 noyabr 2010, 13:38
İlham Əliyev Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakı qəbul etmişdir

Prezident İlham Əliyev Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda keçiriləcək Azərbaycan-Polşa hökumətlərarası birgə komissiyanın iclasına toxunan Prezident İlham Əliyev dedi ki, bu iclas münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran məsələlərə yenidən baxmaq üçün yaxşı fürsət yaradacaqdır. 

Dövlət başçısı fəal əməkdaşlığımızın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak ölkəmizdə həyata keçirilən nəhəng tikinti-quruculuq işlərinə və əldə edilən dinamik inkişafa görə Prezident İlham Əliyevi təbrik etdi. O, Azərbaycan Prezidentinin Polşaya rəsmi səfərini və səfər zamanı onunla görüşünü məmnunluqla xatırladı. Valdemar Pavlyak Polşa-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasının əməkdaşlığımızın daha da genişləndirilməsi işinə yeni təkan verəcəyini vurğuladı. İş adamlarının qarşılıqlı fəaliyyəti üçün lazım olan sahələrin müəyyən edilməsinin zəruriliyini qeyd edən qonaq Polşanın özəl biznes nümayəndələrinin Azərbaycanda böyük məmnuniyyətlə işləmək arzusunda olduqlarını dedi.

Polşa iş adamlarının Bakıda keçiriləcək biznes forumundan danışan Prezident İlham Əliyev həmin tədbirdə Azərbaycanda həyata keçiriləcək layihələrlə bağlı məlumatların da təqdim ediləcəyini və bunun polşalı iş adamları üçün çox maraqlı olacağını bildirdi. 

SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37