Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olma mərasimində İlham Əliyevin nitqi

11 may 2014, 20:30
Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olma mərasimində İlham Əliyevin nitqi

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, əlaqələrimizə yeni təkan verəcəkdir. İyirmi ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir.

Bizim çox sıx siyasi əlaqələrimiz vardır. Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir.

İqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün sabah biznes forum keçiriləcəkdir. Mən çox şadam ki, Azərbaycana Fransadan Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes forumun nəticələri də çox yaxşı olacaqdır. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır.

Səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük diqqət verdiyinizi əyani şəkildə sübut edir. Yəni, burada bizim məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da sıx möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar, öz Vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl, öz ana dili kimi biləcəklər. Eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar.

Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir. Dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyildir. Bizim burada təhsil alacaq uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar. Əminəm ki, gələcəkdə onlar böyüyəndə bu dostluq əlaqələrini saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan gənc nəsil yetişəcək və bu da bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə olaraq yeni bir təhsil ocağı deyil, həm də Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaqdır. Əminəm ki, burada uşaqlara veriləcək təhsil ən yüksək səviyyədə olacaqdır.

Biz humanitar sahədə müxtəlif layihələr üzrə işləyirik. Biz çox şadıq ki, Parisdə, Versalda, Strasburqda icra olunan layihələrdə Azərbaycan tərəfi də iştirak edir. O cümlədən Luvrda aparılan işlərdə Azərbaycan tərəfi iştirak etmişdir. Bu, bizim əlaqələrimizi daha da sıx birləşdirir. Eyni zamanda, son illərdə Fransanın müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət günləri, sərgilər, konsertlər keçirilmişdir.

Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir. Bu məktəbin yaradılması da bizim dostluğumuzu ifadə edir. Çünki bu, birgə səylər, hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində mümkün olmuşdur. Bu yerin seçilməsi də çox böyük məna daşıyır. Çünki bu ərazidə vaxtı ilə, sovet dövründə sənaye zonası yerləşirdi. Bakının son illərdə abadlaşması və sənaye zonalarının şəhərin kənarına çıxarılması layihələri məhz bu zonada da icra edilir. Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır. Çünki arxa tərəfdə “Ağ şəhər” layihəsi çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır. Paris evləri , Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcəkdir.

Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bizim dəvətimizi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu olacaqdır və səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:20
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...

25 aprel 2025, 17:20
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:18
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...

25 aprel 2025, 17:18
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:14
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...

25 aprel 2025, 17:14
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:11
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan...

25 aprel 2025, 17:11