Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

16 oktyabr 2014, 21:15
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

-Əziz dostlar!

Xanımlar və cənablar!

Mənim dostum, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycanın nüfuzlu nümayəndə heyətini bir daha salamlamaqdan çox məmnunam.

Hörmətli İlham Heydər oğlunun səfəri çərçivəsində biz məzmunlu və konstruktiv söhbət etdik. Bu söhbətin gedişində qarşılıqlı əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq yollarını araşdırdıq. Azərbaycan Respublikası bizim dövlətimizin beynəlxalq əlaqələrinin strukturunda mühüm yer tutur. Ölkələrimizin beynəlxalq və regional xarakterli bir sıra məsələlərə dair mövqelərinin üst-üstə düşməsi, beynəlxalq və regional təşkilatlarda həm Azərbaycanın, həm də Tacikistanın konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır.

Tacikistan-Azərbaycan münasibətlərinin ən yeni tarixi ölkələrimizin seçdiyi, xoş niyyətlərə və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət xəttinin düzgün olmasını sübut edib. Bu gün biz bir sıra mühüm sənədlər imzalamaqla mövcud müqavilə-hüquq bazasını möhkəmlətdik və beləliklə, daha sıx əməkdaşlıq əzmində və qətiyyətində olduğumuzu bir daha ifadə etdik. Mən, həmçinin ümidvar olduğumu bildirmək istəyirəm ki, biz öz mədəni-tarixi köklərimizə söykənməklə, birgə səylərimizlə dost xalqlarımızın rifahı naminə nəzərdə tutulan hədəflərə, qarşılıqlı faydalı əməkdaşlığa nail ola biləcəyik.
 

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Emoməli Şərifoviç!

Hörmətli dostlar!

Mənim rəsmi səfərim sona yaxınlaşır. Hörmətli Emoməli Şərifoviç, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Sizin gözəl torpağınıza qədəm qoyduğumuz ilk andan biz özümüzü evimizdə olduğu kimi hiss edirik.

Bugünkü gün çox zəngin və məhsuldar oldu. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə birlikdə münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Ətrafımızda baş verən hadisələri çox obyektiv təhlil etdik, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair olduqca səmimi fikir mübadiləsi apardıq. İşimizin başlıca nəticəsi ondan ibarətdir ki, biz münasibətlərimizin konkret inkişaf yollarını müəyyən etdik. Bizim çox gözəl siyasi münasibətlərimiz var, beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, bütün prinsipial məsələlərdə bir-birimizi dəstəkləyirik. Bununla bərabər, əlbəttə, iqtisadi sahədə də işləri fəallaşdırmalıyıq və hökumətlərarası komissiyanın işi çərçivəsində qəbul edilmiş qərarlar tezliklə öz müsbət nəticəsini verəcək.

Bizim əməkdaşlığımız xalqlarımızın ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir. Bu gün bizim ölkələrimiz iki müstəqil dövlətdir, beynəlxalq birliyin fəal üzvləridir, öz müstəqil siyasəti, xarici siyasəti olan, regional təhlükəsizliyin möhkəmlənməsi üçün fəal iş aparan ölkələrdir. Düşünürəm ki, Mərkəzi Asiya, Xəzər, Qafqaz regionları arasında əməkdaşlıq da çox cəhətdən bizim ölkələrin qarşılıqlı fəaliyyətindən, səylərimizin sıx əlaqələndirilməsindən asılı olacaq.

Çünki bizim hamımızın bir məqsədi var – insanlarımızın, vətəndaşlarımızın həyatını daha da yaxşılaşdırmaq, ölkələrimizin müstəqilliyini, beynəlxalq mövqelərini möhkəmləndirmək.

Biz beynəlxalq həyatın mühüm məsələlərini çox səmimi şəraitdə müzakirə etdik, baxışlarımız üst-üstə düşür. Biz konstruktiv əməkdaşlığa istiqamətlənmişik. Biz əməkdaşlıq, dialoq, qarşılıqlı kömək yolu ilə daha çox nailiyyətlər qazana bilərik. İkitərəfli münasibətlərimizdə həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, yeni layihələrə qoşulmaq, müxtəlif sahələrdə səylərimizi, potensialımızı birləşdirmək istəyi var.

Humanitar əməkdaşlıq bizim münasibətlərin əsasını təşkil edir. Mən bu gün Tacikistan Milli Universitetində tələbələrə, professor-müəllim heyətinə müraciət edəndə də humanitar əməkdaşlığın vacib olmasından danışdım. Bizim bu istiqamətdə böyük potensialımız var. Eyni zamanda, biz çalışırıq ki, ölkələrimizin gənc nəsli də bizim kimi möhkəm dostluq etsin.

Əminəm ki, nümayəndə heyətinin üzvləri və nazirlər də prezidentlərdən, bizim bir-birimizə münasibətimizdən, bir-birimizə hörmətimiz və dostluğumuzdan nümunə götürəcəklər. Emoməli Şərifoviç ilə bütün beynəlxalq tədbirlərdə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il bir neçə dəfə görüşmüşük. Hər dəfə görüşəndə həmişə bir-birimizə qardaşlar kimi müraciət edirik. Bu isə münasibətlərimizə, həmçinin öz iş yerində - istər hökumətdə, istər parlamentdə, istərsə də ictimai strukturlarda mühüm məsələləri həll edənlərin hamısına çox yaxşı impuls verir.

Mən səfərin nəticələrindən çox məmnunam. İmzalanmış Bəyannamə münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək çox mühüm siyasi sənəddir. Başqa sənədlər də çox vacibdir. Biz gələcəyə nikbin baxırıq.

Hörmətli Prezident Emoməli Şərifoviç, fürsətdən istifadə edərək, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:20
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...

25 aprel 2025, 17:20
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:18
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...

25 aprel 2025, 17:18
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:14
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...

25 aprel 2025, 17:14
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:11
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan...

25 aprel 2025, 17:11