İlham Əliyev Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

22 yanvar 2011, 16:00
İlham Əliyev Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətini vurğuladı. Bu yaxınlarda İstanbulda Türkiyənin Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla səmərəli görüşlər keçirdiyini xatırlayan Prezident İlham Əliyev Türkiyənin enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner Yıldızın ölkəmizə səfərinin önəmli olduğunu vurğuladı. Ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafına dair bir çox məsələlərin birgə komissiyada müzakirə ediləcəyinə və həllini tapacağına əminliyini bildirdi.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner Yıldız Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, böyük bir heyətlə ölkəmizə səfər etdiklərini, əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində bir çox məsələlərlə bağlı birgə müzakirələr aparacaqlarını dedi. Taner Yıldız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərin həll olunacağına əminliyini bildirdi.

Dövlət başçısı ölkələrimiz arasında birliyin gündən-günə möhkəmləndiyini və bunun bölgəyə də müsbət təsir göstərdiyini dedi. Ölkələrimizin gələcəkdə də bütün məsələlərlə bağlı bərabər mövqe nümayiş etdirməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev Azərbaycanla Türkiyənin maraqlarının həm dünya miqyasında, həm də bölgədə eyni olduğunu dedi. Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmləndiyini, qardaşlığımızın əbədi olduğunu vurğulayan dövlətimizin başçısı bu təməl üzərində qurulan əlaqələrin bizi gələcəyə aparacağına əminliyini bildirdi.

Görüşdə Azərbaycanla Türkiyə arasında qaz sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edildi, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan layihələrinin uğurlu fəaliyyətindən danışıldı. Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanaraq 2011-ci ildə Azərbaycanın bu layihəyə əlavə vəsait ayırdığı qeyd olundu. Söhbət zamanı elektrik enerjisi sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Türkiyə-Gürcüstan-Azərbaycan elektrik xətlərinin birləşdirilməsi layihəsi və gələcəkdə Türkiyəyə elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37