İlham Əliyev Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

08 fevral 2011, 17:00
İlham Əliyev Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İki ölkə arasında siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişlənməsi üçün də yaxşı perspektivlərin olduğunu söylədi. Parlamentlərarası əlaqələrin önəmini vurğulayan dövlət başçısı ölkələrimizin Avropa Parlamenti, Avropa Şurası, ATƏT və NATO-nun parlament assambleyaları kimi müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq təcrübəsinə malik olduğunu xatırlatdı və bu əməkdaşlığın artıq ənənəvi xarakter daşıdığını bildirdi. Prezident İlham Əliyev Litva Seyminin sədri xanım İrena Dequtienenin ölkəmizə səfərinin bu sahədə əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini söylədi.

Litva Seyminin sədri xanım İrena Dequtiene Azərbaycana səfərindən və ölkəmizlə yaxından tanış olmaq imkanı qazanmasından məmnunluğunu bildirdi. O, ölkəsini təmsil edən şirkətlərin Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcəyini xatırladaraq, bu tədbirin müxtəlif sahələrdə əlaqələrin inkişafı baxımından önəmini vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan xanım İrena Dequtiene Litvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. 

SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37