19:42
PDF yükləyin
30 yanvar 2025, 19:42Prezident İlham Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.
Dövlət başçısı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunan Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasının Bakıda keçirilməsinin önəmini vurğuladı.
Azərbaycanın əlverişli coğrafi mövqeyinin regional nəqliyyat infrastrukturunun və logistik mərkəzin yaradılması baxımından yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev mülki aviasiyanın daha da inkişaf etdirilməsinin iqtisadi strategiyamızın çox əhəmiyyətli hissəsi olduğunu vurğuladı.
İnfrastruktur layihələrinə böyük həcmdə sərmayə yatırıldığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycanda bir neçə hava limanının inşa edildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun isə tamamilə yenidən qurulduğunu, çoxlu sayda yeni təyyarələrin alındığını qeyd etdi. “Azərbaycan Hava Yolları”nın dünyanın uğurla fəaliyyət göstərən şirkətlərindən biri olduğunu deyən dövlətimizin başçısı məmnunluqla vurğuladı ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada dördulduzlu 10 hava limanı arasındadır. Ölkəmizdə turizmin və biznesin inkişafı ilə əlaqədar müxtəlif regionlara daxili reyslərin açıldığını bildirən Prezident İlham Əliyev Azərbaycanın hava yükdaşımaları sahəsində də yaxşı nəticələr əldə etdiyini diqqətə çatdıraraq yerli karqo şirkətinin də dünyanın aparıcı şirkətləri arasında olduğunu dedi.
Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyətinə toxunan Prezident İlham Əliyev komitənin sədri xanım Tatyana Anodinanın Azərbaycan mülki aviasiyası ilə əməkdaşlıq işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirən Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliu bunu ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirdi.
Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi proqramlar barədə dövlətimizin başçısına məlumat verən qonaq ölkəmizin Beynəlxalq Mülki Aviasiya Təşkilatına verdiyi dəstəyi yüksək qiymətləndirərək Azərbaycanın bu qurumun əhəmiyyətli üzvü olduğunu vurğuladı.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
PDF yükləyin
30 yanvar 2025, 19:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...
30 yanvar 2025, 19:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...
30 yanvar 2025, 19:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar Keniya Hökuməti və xalqı...
30 yanvar 2025, 15:17Hörmətli cənab Prezident,
Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə,...
30 yanvar 2025, 14:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...
29 yanvar 2025, 10:30Hörmətli cənab Sədr,
Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Çin təqvimi ilə yeni ilin qədəm...
29 yanvar 2025, 10:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...
28 yanvar 2025, 16:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının...
28 yanvar 2025, 16:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
28 yanvar 2025, 16:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan...
28 yanvar 2025, 16:22