16:38

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.2.5-ci maddədən “və başqa silahlı birləşmələrinin” sözləri çıxarılsın.
2. 8.1.14-cü maddədə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əməkdaşlığın” sözündən sonra “, o cümlədən müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın” sözləri əlavə edilsin.
3. 14.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidirlər.”.
4. Aşağıdakı məzmunda 15.2-1-ci maddə əlavə edilsin:
“15.2-1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar.”.
5. 18-ci maddə üzrə:
5.1. 18.4-cü maddənin birinci cümləsindən “və başqa silahlı birləşmələrinin” sözləri çıxarılsın;
5.2. 18.5-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş” sözləri “qanunla qadağan olunmayan” sözləri ilə əvəz edilsin;
5.3. aşağıdakı məzmunda 18.6-cı maddə əlavə edilsin:
“18.6. Müvafiq icra hakimiyyəti orqanının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2024-cü il
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57