Polo idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşdə İlham Əliyevin nitqi

02 oktyabr 2015, 15:00
Polo idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşdə İlham Əliyevin nitqi

Keçən ay Bakıda polo üzrə birinci Avropa çempionatı keçirilmişdir. Bizim milli komandamız bütün rəqiblərə qalib gələrək çempion titulunu qazanmışdır. Bu gözəl hadisə münasibətilə sizi, ilk növbədə idmançıları, məşqçiləri, idman mütəxəssislərini, Atçılıq Federasiyasının nümayəndələrini ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük, gözəl qələbədir.

Avropa çempionatı ilk dəfə keçirilmişdir. Bildiyimə görə, çempionatın keçirilməsinin təşəbbüskarı da Azərbaycan Atçılıq Federasiyası olmuşdur. Çempionat yüksək səviyyədə keçirilmişdir. Yəni, bu da təbidir, çünki Azərbaycanda bütün beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirilir. Əlbəttə ki, bizim komandamız öz gücünü göstərdi. Bu, bizim növbəti idman qələbəmizdir.

Polo idman növü bizim xalqımıza çox yaxındır, bizim çövkən milli idman oyununa çox oxşayır. Əlbəttə ki, bizim idmançılarımızın təcrübəsi də kifayət qədər böyükdür. Ancaq Avropa çempionatı çox mötəbər idman yarışıdır. Bildiyimə görə, bu çempionatda çox güclü komandalar iştirak etmişlər və mübarizə də çox gərgin idi. Siz xalqımızı, azarkeşləri sevindirdiniz. Bir daha demək istəyirəm ki, Azərbaycan öz idman gücünü göstərib.

Bu vaxta qədər biz dəfələrlə bütün mötəbər yarışlarda ləyaqətlə çıxış etmişik. Müxtəlif idman növləri üzrə bizim dünya, Avropa, Olimpiya çempionlarımız var. Bu idman növündə də Azərbaycan tarixə öz adını yazdı. Çünki birinci çempionat Bakıda keçirildi və birinci qalib də Azərbaycan komandası oldu.

Atçılıq idman növünün inkişafına böyük diqqət göstərilir. Son vaxtlar həm Bakıda, həm bölgələrdə bu idman növünə çox böyük maraq var. Şadam ki, çövkən üzrə respublika çempionatları mütəmadi qaydada keçirilir və bu çempionatlarda iştirak edən komandaların sayı artır. Yəni, bu, çox böyük maraq doğuran idman növünə çevrilibdir. Həm böyük tamaşaçı auditoriyası cəlb edir, həm də artıq bizim böyük idman ordumuz var.

Bu idman növü ilə məşğul olan gənclər öz gücünü göstərirlər. Bütün başqa lazım olan şərait də yaradılıb. Son illər ərzində həm Bakıda, həm də bölgələrdə bu sahəyə çox böyük diqqət göstərilir.

Bütövlükdə idman Azərbaycanda prioritet istiqamətdir. Bizim idmançılarımız xalqımızı mötəbər yarışlarda sevindirir. Xüsusilə, birinci Avropa Oyunlarında Azərbaycan milli komandası ikinci yerə layiq görülmüşdür. Bu da hesab edirəm ki, Azərbaycan idmanının təntənəsi idi. Həm təşkilatçılıq məsələləri, həm idmançılar, qonaqlar üçün təşkil edilmiş mədəni proqram ən yüksək səviyyədə həll olunmuşdur. Əlbəttə ki, Azərbaycan vətəndaşları bütün yarışlarda bizim idmançılarımızı çox böyük sevgi, məhəbbətlə dəstəkləmişlər və bu dəstək əminəm ki, bizim idmançılarımıza əlavə güc veribdir.

Bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq tarixi qələbədir. Bu, ölkəmizin, xalqımızın, müstəqil Azərbaycanın qələbəsidir. Bildiyiniz kimi, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Azərbaycan yenə də tarixə öz adını yazacaq ki, birinci ölkədir həm Avropa, həm İslam Oyunları bu ölkədə keçirilir. Yenə də əminəm ki, bu, növbəti idman bayramına çevriləcəkdir. İndi hazırlıq işləri gedir və əminəm ki, İslam Həmrəylik Oyunları Avropa Oyunlarının, yəni, Yay Olimpiya Oyunlarının səviyyəsində keçiriləcəkdir. Çünki biz bu məqsədi qarşıya qoymuşduq, bu məqsədə də nail ola bildik. Gələn il biz yenə də tamaşaçıları sevindirəcəyik, Azərbaycanda gözəl, mötəbər, dünya miqyaslı yarışlar keçiriləcək.

Azərbaycan artıq dünyada idman ölkəsi kimi özünü təqdim edə bilib və idmançılarımız bizi çox sevindirirlər. Bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait - olimpiya-idman kompleksləri, idman meydançaları var. Gənclər idmana çox meyillidirlər. Bu da gəncləri sağlam ruhda və fiziki cəhətdən sağlam şəraitdə böyüdəcəkdir, yaxşı tərbiyə alacaqlar. İdmanla məşğul olanların böyük əksəriyyəti məişətdə də nümunə olur. Biz idmançılarımızla fəxr edə bilərik. İdmanla məşğul olan insan həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, dəyərli vətəndaş olur. Mən də çox istəyirəm ki, bizim gənclərimiz güclü, fiziki, mənəvi cəhətdən hazırlıqlı, Vətənə bağlı, vətənpərvər olsunlar. Vətənpərvərlik hisslərini idman qədər gücləndirən ikinci amil bəlkə də çətin ki, tapılsın. Yəni, idman bütün cəmiyyəti birləşdirir və əlbəttə ki, qələbə qazanılanda bütün xalq buna sevinir. İdman yarışları o mübarizə, o rəqabət formasıdır ki, burada nəticələr göz qabağındadır. Ölkələrin müxtəlif inkişaf dinamikaları var. Ancaq Olimpiya Oyunlarında, dünya çempionatlarında hər şey açıq-aydın görünür: kim birinci yerdədir, kim ikinci yerdədir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Ona görə, dünya, Avropa çempionatlarının, Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, birinci yerlərdə adətən inkişaf etmiş ölkələr qərarlaşır. Azərbaycan bu ölkələrin arasındadır.

Mən bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bundan sonra bu titulu saxlamaq asan olmayacaq, çünki sizinlə yarışacaq bütün komandalar bu yarışlara xüsusi bir həvəslə çıxacaqlar. Ona görə, siz çalışmalısınız ki, gələcək yarışlarda da Azərbaycanın idman şöhrətini həmişə uca tutasınız. Bir daha təbrik edirəm.

SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:20
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...

25 aprel 2025, 17:20
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:18
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...

25 aprel 2025, 17:18
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:14
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...

25 aprel 2025, 17:14
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:11
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan...

25 aprel 2025, 17:11