17:47
Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi...
04 fevral 2025, 17:47Prezident İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.
Azərbaycan Prezidentini səmimiyyətlə salamlayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirdi. O qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıyır. Hər iki dövlət Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı bundan sonra da xalqlarımızın sülh və firavanlıq şəraitində yaşayacaqlarını bildirdi. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu dedi.
Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirdi. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırdı. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını vurğulayan II İliya ümidvar olduğunu bildirdi ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcək. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə etdi.
Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı ilə Bakıdakı səmimi görüşlərini xatırladan Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğuladı. Dövlət başçısı Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını dedi. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğuladı. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlətimizin başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirdi. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən Prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd etdi. Dövlət başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirdi.
SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu dedi. Dövlət başçısı Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğuladı.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi...
04 fevral 2025, 17:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...
04 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası İqtisadiyyat...
03 fevral 2025, 15:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...
03 fevral 2025, 15:46Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını...
03 fevral 2025, 15:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...
03 fevral 2025, 15:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
03 fevral 2025, 15:40Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
03 fevral 2025, 15:38Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin...
03 fevral 2025, 15:36Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət...
03 fevral 2025, 15:342025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan...
03 fevral 2025, 15:32