İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub

28 noyabr 2015, 13:35
İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Belarus Prezidenti Aleksandr LUKAŞENKO dedi:

-Əziz İlham Heydər oğlu, icazə verin, bütün dünya və yəqin ki, xüsusən bizim üçün bu çətin vaxtda Sizi Belarusda salamlayım.

Sizin - bizim həmfikrimizin, mənim böyük dostumun, - Belarusda bunu bilirlər, - ümumiyyətlə, Belarus xalqının dostunun gəlişi mənə çox xoşdur. Sizi burada salamlamaq, ölkələrimiz üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür etmək istəyirəm.

Deməliyəm ki, biz Belarus-Azərbaycan münasibətləri ilə ciddi məşğul olmağa başlayanda əmtəə dövriyyəsi də artdı, müxtəlif problemli siyasi məsələlər də aradan qalxdı. Bizim şəxsi münasibətlərimiz elədir ki, Allah eləsin, hər bir rəhbərlə mənim münasibətim belə olsun. Ümumiyyətlə, biz bu niyyətdəyik və vaxtilə Sizinlə razılaşmışdıq ki, maksimum nəticə əldə etməyə çalışacağıq. Bununla belə, iqtisadi baxımdan bu çətin dövrdə biz əmtəə dövriyyəsini təxminən ən yaxşı vaxtlarda olduğu səviyyədə saxlayırıq. Hərçənd, bütün ölkələrlə bizim əmtəə dövriyyəsi xeyli azalıb. Buna görə də biz münasibətlərimiz üçün böyük işlər görmüşük, yaxşı təməl yaratmışıq. Biz hər il yüksək səviyyədə ünsiyyət təcrübəsi yaratmışıq – bir il bizdə, o biri il sizdə. Ümidvaram ki, hər şey normal olacaq və gələn dəfə mən Sizin ölkəyə, günəşli gözəl Bakı şəhərinə səfərə gələ biləcəyəm. Bütün sahələrdə bizimlə əməkdaşlıq etdiyinizə görə sağ olun.

Bir daha bəyan etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç bir ehtiyatlanmalı və qapalı mövzu yoxdur. Bizim Sizinlə əməkdaşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir. Bizim əməkdaşlığımız bu səviyyədədir. Əgər bu, kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir. Bizdə qadağan edilmiş mövzular yoxdur. Buna görə də Siz Belarusa həmişə bel bağlaya bilərsiniz. Bir daha vurğulamaq istəyirəm ki, çətin vaxtda Sizin heç nəyə baxmadan bizə kömək etməyinizi heç vaxt unutmuruq. Nə vaxtsa məsələləri bir neçə günün içində dostcasına necə həll etməyin lazım olduğunu təfərrüatı ilə danışmaq mümkün olacaq, o cümlədən böyük maliyyə məsələlərini. Biz həmişə sözümüzə əməl edən adamlar olmuşuq. Siz buna bir daha əmin oldunuz. Amma buna baxmayaraq, xüsusən çətin dövrdə göstərdiyiniz dəstəyə və köməyə görə Sizə çox minnətdaram.

Sizə arzum budur ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan, onun xalqı həmişə ucada olsun və əgər hər hansı problemlərlə üzləşərsə, onları aradan qaldırsın. Bilin ki, burada Sizin dostlarınız var.

                                                                                                  X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Çox sağ olun, əziz Aleksandr Qriqoryeviç. Ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun.

Mən, ilk növbədə, qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Belarusa səfər etməyə həmişə çox şadam. Son illərdə Sizin rəhbərliyiniz ilə ölkənizin qazandığı uğurlara sevinirəm. Minskin necə müasir, gözəl, inkişaf etmiş şəhərə çevrilməsi buna əyani sübutdur. Əminəm ki, burada yaşamaq, işləmək və qurub yaratmaq insanlara xoşdur. Belarus coşqun iqtisadi inkişaf yolundadır. Sizin ölkənizdə sosial rifah məsələləri fəal həll edilir. Sizin qeyd etdiyiniz kimi, indi bütün ölkələr üçün çətin vaxtdır. Buna baxmayaraq, Belarus müsbət inkişaf dinamikasını qoruyub saxlayır, ictimai-siyasi sabitlik təmin edilir. Hərçənd, biz hamımız iqtisadi böhrana məruz qalırıq. Buna baxmayaraq, Belarus bu təzahürə daha az məruz qalan ölkələrdən biridir.

Bizim münasibətlərimiz möhkəm dostluğa əsaslanır. Bu dostluq artıq illərin sınağından çıxıb. Sizin qeyd etdiyiniz kimi, biz fəal qarşılıqlı əlaqə yaratmağa başlayanda bir-birimizi o qədər də yaxşı tanımırdıq. Lakin son illərdə rəsmi səviyyədə prezidentlərin, digər qurumların rəhbərlərinin bir neçə səfəri baş tutub. Əlbəttə, gələn il Sizi yenə də Azərbaycanda rəsmi səfərdə qəbul etməyə çox şad olaram, ona görə ki, müzakirə edilməli mövzular çoxdur. Əvvəla, hər bir səfər bizim münasibətlərimizin strateji xarakterinin bir daha siyasi təsdiqidir. İkincisi, biz bütün istiqamətlər üzrə - həm siyasi sahədə, həm xarici siyasət, iqtisadiyyat, sənaye sahələrində bir çox məsələləri həll edirik. Bizdə də Belarusla əməkdaşlıq məsələləri ilə bağlı heç bir məhdudiyyət yoxdur və bütün istiqamətlər üzrə çox müsbət dinamika, nəticələr görürük. Fəal qarşılıqlı əlaqə saxladığımız bu on ildə biz Belarus xalqını, onun açıq, xeyirxah, sədaqətli, səmimi xarakterini yaxından tanıdıq. İnanın ki, bütün bu epitetləri mən sözgəlişi demirəm. Bunu mən də, belaruslarla ünsiyyətdə olmuş və olan hər bir vətəndaşımız da hiss edir. Bu, Sizin ölkənizin böyük sərvətidir. Mən Azərbaycan xalqı adından Sizə yeni uğurlar, yeni nailiyyətlər arzu etmək istəyirəm. Biz də dost kimi həmişə yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik. Qonaqpərvərliyə görə bir daha sağ olun.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40