Azərbaycan Prezidentinin və Macarıstanın Baş nazirinin geniş tərkibdə görüşü olub

06 mart 2016, 13:30
Azərbaycan Prezidentinin və Macarıstanın Baş nazirinin geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident İlham ƏLİYEV Macarıstanın Baş naziri Viktor Orbanın respublikamıza rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədirlər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətləri dinamiklik və qarşılıqlı anlaşma fərqləndirir, Baş nazir Viktor Orbanın respublikamıza rəsmi səfəri ölkələrimiz arasında siyasi əlaqələri daha da möhkəmləndirəcək. Dövlətimizin başçısı ölkələrimizin işgüzar dairələrinin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirdi. Səfər zamanı Azərbaycan ilə Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, düşünürəm, bu cür razılaşmalar daha çox olacaq. Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və biz istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində də yaxşı perspektivlər var. Dövlətimizin başçısı bildirdi ki, biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər. Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən Prezident İlham Əliyev bu ölkənin şirkətlərinin respublikamızda müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğuladı.

Dövlətimizin başçısı əminliyini bildirdi ki, səfərin yekunlarına görə iqtisadiyyat və biznesdə əməkdaşlıq potensialını daha da artırmaq məqsədilə müvafiq qurumlara yeni tapşırıqlar veriləcək. İqtisadi sahədə bütün səyləri əlaqələndirən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini qeyd edən Prezident İlham Əliyev Baş nazir Viktor Orbanın rəsmi səfərinin ölkələrimizi daha da yaxınlaşdıracağına və çox yaxşı nəticələrə təkan verəcəyinə əminliyini vurğuladı.

Ölkəmizə rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Baş nazir Viktor ORBAN qeyd etdi ki, biz hər il şəxsən görüşürük, Sizə Macarıstana son səfərinizə görə təşəkkür edirik. Düşünürəm ki, ortaq işlərimizin sayı artığına görə ildə bir dəfə yüksək səviyyədə görüşlər keçirmək yaxşı olardı. Çünki mən görürəm ki, bizim istənilən görüşümüz həm mədəni, həm də iqtisadi sahələrdəki fəaliyyətimizə təkan verir. “İnsan sözə əsaslanaraq dərk edir” macar atalar sözünə istinad edən Baş nazir Viktor Orban xüsusi vurğuladı ki, biz görüşəndə hamı anlayır ki, bu, mühüm görüşdür. Biz çox intensiv və əhəmiyyətli inkişafı qeyd edə bilərik. Bu, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox bilinir. Mən Sizə, cənab Prezident, bu sahədə təcrübəmizi təklif etmək istəyirəm. Bu məqsədlə Azərbaycandan ekspertlərin, peşəkarların gəlişini gözlədiklərini deyən Baş nazir Viktor Orban təcrübələrini böyük məmnuniyyətlə Azərbaycan ilə bölüşməyə hazır olduqlarını bir daha vurğuladı.

Görüşdə, həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, şəhər təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 04 fevral 2025
15:35
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...

04 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40